"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Palçıq vulkanlarının yerləşdiyi ərazidəki evlər təhlükə altındadır

07 Sentyabr 2017 - 17:08
in CƏMİYYƏT
FacebookVatsap

“Son illərdə palçıq vulkanları və onların yerləşdiyi ərazilərlə bağlı neqativ hallarla üzləşirik. 2001-ci ilin iyun ayında Keyrəki vulkanı püskürəndə o vaxt onun yaxınlığında 2-3 fərdi yaşayış binası var idi. Hazırda həmin sahədə böyük bir yaşayış massivi mövcuddur”.

Bunu da oxuyun

Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

Elchi.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

O bildirib ki, 2002-ci ildə palçıq vulkanları “Xüsusi mühafizə olunan obyektlər və ərazilər” kimi Dövlət Qanununa salınıb: “Bununla palçıq vulkanları təbii abidə statusu aldı. 2015-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbii Qoruğu”nun yaradılması haqqında sərəncam imzalanıb. Beləliklə, vulkanların dağıdılmasının, zibillənməsinin və onların yanında yaşayış binalarının tikilməsinin qarşısı alınıb. Təəssüf ki, son vaxtlar yenə neqativ hallar qeyd alınır. 10-12 il əvvəl Bozdağ-Qobu palçıq vulkanının krater sahəsinə yaxın 3-4 fərdi yaşayış binası tikilmişdi. Hazırda bu ərazidə çoxsaylı bina tikilir, eyni zamanda, məişət tullantıları vulkan sahəsinə boşaldılır”.

A. Əliyev qeyd edib ki, palçıq vulkanlarının və ətraf sahələrin zibillənməsi təkcə natəmizlik deyil, bu, həm də ekoloji baxımdan təhlükəli haldır: “Vulkan püskürəndə, onun məhsulları ilə yanaşı, çirkləndirici maddələr də ətrafa yayılır. Nəticədə hava və torpaq zəhərlənir. Ələt qəsəbəsində, Xəzərin sahilində yerləşən Bahar vulkanının cənub yamacının bir hissəsi dağıdılıb. Vulkanın sonuncu püskürməsi 1992-ci ildə baş verib. Son illər fəaliyyəti xeyli zəifləyib və yaxın zamanda vulkanın növbəti püskürməsi gözlənə bilər. 1993-cü ildən bağladığımız təbliğat işləri nəticəsində Azərbaycan palçıq vulkanlarının qorunması məsələsi dövlətin dəstəyi ilə müəyyən dərəcədə öz həllini tapdı. 40-dan çox palçıq vulkanının ərazisində mühafizə işləri təşkil olundu. Lakin son illər digər palçıq vulkanlarına qarşı törədilən antriopogen və texnogen təsirlər artmaqdadır. Bu vulkanların yerli əhali tərəfindən zibillənməsinin qarşısı birmənalı şəkildə alınmalıdır. Müvafiq təşkilatlar bu məsələlərlə məşğul olmalı və lazımı tədbirlər görməlidir”.

A. Əliyev əlavə edib ki, Azərbaycanın aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm üçün gözəl obyektdir: “Mühafizə edilən elə vulkanlar var ki, qoruğun hazırkı statusu ora turistlərin girişini qadağan edir. Düşünürəm ki, qoruğun hüquqi statusunun “Milli parkla” əvəzlənməsi, dünyada analoqu olmayan çoxçeşidli vulkanlarımızın beynəlxalq turizm obyektlərinə cəlb olunması onların tərənnümü və iqtisadiyyatımızın inkişafına töhfə verməsi baxımından məqsədəuyğun olacaq”.

Previous Post

Palçıq vulkanlarının yerləşdiyi ərazidəki evlər təhlükə altındadır

Next Post

MTN generallarının məhkəməsi — Əlavə şahidlər dindiriləcək

Bənzər yazılar

Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

09 Sentyabr 2026 - 13:51

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Əmanətə Sədaqət”...

Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

09 Sentyabr 2026 - 13:30

2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb. Modern.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil...

Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

09 Sentyabr 2026 - 13:09

Bakının 9 rayonunda əhalinin təbii artımı, 4 rayonunda isə doğum sayında azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən Elchi.az-a...

Bakıda nə qədər əhali yaşayır?

Bakıda nə qədər əhali yaşayır?

09 Sentyabr 2026 - 12:38

1 iyul 2026-cı il vəziyyətinə Bakı əhalisinin sayı 2 milyon 356,8 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən Elchi.az-a...

Next Post

MTN generallarının məhkəməsi — Əlavə şahidlər dindiriləcək

MTN generallarının məhkəməsi — Əlavə şahidlər dindiriləcək

Son xəbərlər

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00
Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

09 Sentyabr 2026 - 13:51
Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

09 Sentyabr 2026 - 13:42
Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

09 Sentyabr 2026 - 13:30
Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

09 Sentyabr 2026 - 13:18
Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

09 Sentyabr 2026 - 13:09
Rubio: “İran ABŞ-a qarşı hər hücuma görə neft tankerlərini itirəcək”

Rubio: “İran ABŞ-a qarşı hər hücuma görə neft tankerlərini itirəcək”

09 Sentyabr 2026 - 13:00
Ceyhun Bayramov Mirzoyanla görüşəcək

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

09 Sentyabr 2026 - 12:52
Azərbaycanın xarici borcu 4.5 milyarddan ÇOXDUR

Azərbaycanın xarici borcu 4.5 milyarddan ÇOXDUR

09 Sentyabr 2026 - 12:45
Bakıda nə qədər əhali yaşayır?

Bakıda nə qədər əhali yaşayır?

09 Sentyabr 2026 - 12:38
Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah Bakıda yağış yağacaq

09 Sentyabr 2026 - 12:29
Afrika futbolunun əfsanəsi Yaya Ture tarixə düşdü

Afrika futbolunun əfsanəsi Yaya Ture tarixə düşdü

09 Sentyabr 2026 - 12:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

09 Sentyabr 2026 - 12:16
Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

09 Sentyabr 2026 - 12:10
Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

09 Sentyabr 2026 - 12:02
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.