Pakistanın Xayber Paxtunxva və Pəncab əyalətlərində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Elchi.az xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, 19 iyuldan bəri musson mövsümü səbəbindən Xayber Paxtunxva, Pəncab və Gilgit Baltistanı təsir edən leysan yağışlar qəfil daşqınlara və torpaq sürüşmələrinə səbəb olur. Hakimiyyət orqanları leysan yağışlarla əlaqəli hadisələrdə, o cümlədən qəfil daşqınlar, ildırım vurması və elektrik cərəyanı vurması nəticəsində Xayber Paxtunxvada 20, Pəncabda isə 17 nəfərin öldüyünü açıqlayıb.
Beləliklə, ölkədə leysan yağışlar nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Digər tərəfdən, leysan yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində Gilgit Baltistan və Pakistanın idarə etdiyi Azad Cammu və Kəşmir bölgəsində tarlalardakı məhsullara və sakinlərin evlərinə ziyan dəyib.
Şayəstə





















