Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bannu rayonunda sərhədçilərə məxsus hərbi obyektə bomba yüklü avtomobildən hücum edilib.
Elchi.az xəbər verir ki, polis rəsmilərinin sözlərinə görə, hücumdan sonra ərazidə silsilə güclü partlayış və silah səsləri eşidilib.
Hücum edənlərin hərbi obyektə sızdığı, təhlükəsizlik qüvvələrinin ərazini mühasirəyə aldığı və əməliyyatın davam etdiyi bildirilir.
Polis indiyə qədər 3 təhlükəsizlik əməkdaşının yaralandığını, hücum edənlərdən bəzilərinin zərərsizləşdirildiyini bildirib.
Sərhədçilərin obyektinin ətrafı təhlükəsizlik məqsədilə bağlanıb və insanlar evdə qalmağa çağırılıb.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra avtomobil hissələri Kohat yoluna səpələnib.
Şayəstə Hüseynova






















Son şərhlər