Pakistanda güclü yağış və tufan 13 nəfərin həyatına son qoyub

🗓 25.05.2025 11:17 ✍️ "Elçi" qəzeti
Pakistanda güclü yağış və tufan 13 nəfərin həyatına son qoyub

Pakistanın Pəncab əyalətində güclü yağış və tufanlar nəticəsində 13 nəfər həyatını itirib, 92 nəfər yaralanıb. xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, Pakistan Regional Fəlakət İdarəetmə İdarəsi (PDMA) əyalətə təsir edən əlverişsiz hava şəraiti ilə bağlı açıqlama verib. Açıqlamada ştatın müxtəlif bölgələrində güclü yağış və tufan nəticəsində baş verən qəzalarda 13 nəfərin həyatını itirdiyi, 92 nəfərin isə yaralandığı bildirilib. Açıqlamada tələfatların əksəriyyətinin qəzalı binaların və damların uçması nəticəsində baş verdiyi, bir nəfərin ildırım vurması nəticəsində öldüyü qeyd edilib.

Bənzər yazılar