İyunun 26-dan bəri davam edən musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 830-a çatıb.
Elchi.az xəbər verir ki, Musson yağışları Pakistanda həyatı iflic edib. Pəncab əyalətində güclü yağışların səbəb olduğu daşqınlarda 30 nəfər ölüb. Pəncabın baş naziri Marriyum Aurangzeb, daşqın çaylar və bəndlər səbəbindən 481 sakinin təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib. Pəncab Fəlakət İdarəsi (PDMA) daşqınlar nəticəsində 1769 kəndin su altında qaldığını və təxliyə edilənlərin ümumi sayının 1,5 milyona çatdığını bildirib.
Son məlumatlara görə, Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 830 nəfərə çatıb.
Şayəstə Hüseynova


















