Pakistanda baş verən qarşıdurmalarda 3 əsgər ölüb, 7 yaraqlı zərərsizləşdirilib

91

Pakistanın Hayber Paxtunxva əyalətində baş verən qarşıdurmada 3 əsgər həyatını itirib, 7 yaraqlı isə zərərsizləşdirilib.
Elchi.az xəbər verir ki,Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyinin verdiyi açıqlamaya görə, silahlılar dünən gecə Hayber Paxtunxvanın Lakki Marvat rayonunda polis məntəqəsinə hücum ediblər.
Motosikletli kamikadze üzərindəki partlayıcını işə saldıqdan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında baş verən qarşıdurmada 4 yaraqlı öldürülüb.
Yaraqlılar Lakki Mərvətin Əmir Kalam və Tacbi Xel bölgələrində də təhlükəsizlik qüvvələrinə hücum ediblər. Toqquşmada təhlükəsizlik qüvvələri 3 silahlını zərərsizləşdirib.
Qarşıdurmada 3 əsgər həyatını itirib.
Təhlükəsizlik qüvvələri qarşıdurma nəticəsində öldürülən 7 silahlının silah və sursatını müsadirə edib.

Nuranə Məmmədova