Elchi.az xəbər verir ki, Özbəkistan bu ilin mart ayından Rusiyadan qaz idxalına başlamağı planlaşdırır, bu barədə respublikanın Energetika Nazirliyi məlumat yayıb.
“Biz 2023-cü il martın 1-dən Rusiyadan Özbəkistana təbii qaz idxalına başlamağı planlaşdırırıq”, – “İnterfaks” xəbər verir.
Nazirlikdən bildirilib ki, hazırda işçi qrup qaz təchizatı üçün qaz nəqli infrastrukturunun vəziyyətini və texniki imkanlarını öyrənir. Bu arada Özbəkistanın qanunvericilik palatasının vitse-spikeri Əlişir Kadirov özünün Telegram kanalında bildirib ki, ölkə Rusiyadan qaz idxalına dair çoxtərəfli saziş üzərində işləyir.
Şayəstə