Özbəkistan Əfqanıstana dəmir yolu nəqliyyatını müvəqqəti dayandırıb.
Elchi.az xəbər verir ki, Özbəkistan Dövlət Dəmir Yolları QSC-dən verilən açıqlamada, Əfqanıstan tərəfinin texniki baxım işləri ilə bağlı öhdəliklərini vaxtında yerinə yetirməməsi səbəbindən fevralın 1-dən etibarən bu ölkəyə dəmir yolu daşımalarının müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.
Açıqlamada xatırladılıb ki, tərəflər əvvəllər dəmir yolunda 2023-cü il fevralın 1-dək texniki xidmət işlərinin aparılması barədə razılığa gəliblər.
Tərəflərin Hayratan-Məzəri Şərif dəmir yolunun istismarı və saxlanması üçün də yeni müqavilə imzalaması lazım olduğunu xatırladaraq, Özbəkistandan Əfqanıstana mal və məhsulların çatdırılmasını təmin etmək üçün avtomobil nəqliyyatından istifadə ediləcəyi bildirilib.
2010-cu ilin noyabrında inşa edilən və Özbəkistan sərhədindən başlayaraq Əfqanıstanın Hayratan-Məzəri Şərif şəhərlərini birləşdirən 75 kilometrlik dəmir yolu Əfqanıstanı digər ölkələrlə birləşdirən yeganə dəmir yoludur.
Özbəkistan Dövlət Dəmir Yollarının məlumatına görə, 2010-cu ildən bu günə qədər bu dəmir yolu ilə təxminən 28 milyon ton yük daşınıb.
Yeganə