Özbəkistanın əhalisi 36 milyonu ötüb

50

Özbəkistan Dövlət Statistika Agentliyindən verilən açıqlamada 1 yanvar 2022-ci ildə 35 milyon 271 min 346 olan əhalinin 1 yanvar 2023-cü il tarixində 36 milyon 24 min 946 nəfərə çatdığı bildirilib.

Elchi.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, beləliklə, ölkə əhalisinin 753,6 min nəfər artdığı qeydə alınıb.

Məlumat verilib ki, ölkə əhalisinin 18 milyon 335,7 min nəfəri şəhərlərdə, 17 milyon 689,2 min nəfəri isə kənd yerlərində yaşayır.

Açıqlamada əhalinin 18 milyon 128 min 578 nəfərinin kişi, 17 milyon 896 min 368 nəfərinin qadın olduğu bildirilib.

Qeyd edək ki, Özbəkistan Müstəqil Dövlətlər Birliyində ən gənc və sürətlə artan əhalisi olan ölkədir.

Yeganə