Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 44,9% artaraq 1 mlrd. 76,7 mln. manat təşkil edib.
Elchi.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan vergi daxilolmaları 51,9% artaraq 939,8 mln. manata çatıb.