“Özəlləşdirmə ilə bağlı konktret addımlar atılmalıdır” – Qüdrət Həsənquliyev

50

“Layihə müəllifinə təşəkkür edirəm. Həqiqətən də yaxşı qanun layihəsi hazırlanıb. Sadiq Qurbanova da təşəkkür edirəm ki, yaxşı təqdimat etdi. İlk növbədə istəyirəm ki, “Azərenerji” və “Azərişığ”a öz minnətdarlığımı bildirim. Xüsusilə də onların işğaldan azad olunmuş ərazilərdə çox qısa bir müddətdə hərbi hissələri, bölgədəki strateji sahələri elektirik enerjisi ilə təmin etdiklərinə görə. “Azərişığ”a müraicətlərimiz, xüsusilə şəhid ailələri ila bağllı müraciətlər çox qısa müddətdə araşdırlır, öyrənilir və nə kömək mümkündürsə edilir. Bu müsbət məsələni qeyd etmək lazımdır”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Elektroenergetika haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib. Millət vəkili əlavə edib ki, daha bir müsbət hadisə ondan ibarətdir ki, Azərbaycanda fasiləsiz elektirik enerjisi var: “Biz hətta elektirik enerjisini xarici dövlətlərə ixrac edirik. Bu qanunda birinci oxunuşun tələbləri baxımından onu qeyd eləmək istəyirəm ki, dövlət siyasətinin əsas prinsipləri müəyyən olunub. Burada da ən önəmli məqamlar ondan ibarətdir ki, rəqabət mühiti formalaşdırılmalı, inhisarçılıq fəaliyyətinin qarşısı alınmalı və inhisarçılıq aradan qaldırılmalıdır. O cümlədən dövlət təchizat üzrə xərclərin azaldılmasını qarşısına məqsəd qoyub. Amma qanunda o yoxdur ki, rəqabət mühiti necə yaradılacaq. Mən cənab Prezidentin fevralın 12-də Mingəçevirdə Yeni İstilik Elektirik Styansiyasının təməlqoyma mərasimindəki çıxışı ilə təkrar tanış oldum. Orada cənab Prezident qeyd edir ki, 20 il ərzində Azərbaycanda 34 yeni elektirik stansiyası inşa olunub və 3400 meqavat gücündə elektirik enerjisi istehsal olunur. Bu da indiki Azərbaycanın ümumi gücünün 50 faizi qədərdir və bir az ondan çoxdur. Hörmətli Sadiq müəllim bilirsə, desin, bu 34 elektrik stansiyasından neçəsi özəl müəssisədir? Mən şəxsən bununla tanış deyiləm. Ölkədə bundan sonra 3-4 belə elekirik stansityası da özəl investisiyalar hesabına inşa olunsun. Elektirik stansiyaları özəlləşdirməyə çıxarılmayanana qədər yenə rəqabət mühiti yaranmayacaq. Bunları özəlləşdirməyə çıxarmaq lazımdır və bu da qanunda öz əksini tapmalıdır. Yəni qanunda öz əksini tapmasa, bu istiqamətdə heç bir iş görülməyəcək. Mingəçevirdəki Yeni İstilik Elektirik Stansiyası ilə bağlı qeyd etmək istəyirəm ki cənab Prezident dedi ki, Azərbaycan dövləti ora 400 milyon dolar investisiya yatıracaq. Amma niyə belə elektirik stansiyaları investisiya müsabiqələri əsasında tikilməsin. Bəlkə Azərbaycanda elə sahibkar tapılacaq ki, bu sahəyə yatırım qoymaq istəsin. Mən bunu ona görə söylədim ki, Azərbaycan hökuməti bu sahədə rəqabət mühti yaratmaq istəyirsə mütləq bu istiqamətdə özəlləşdirmə ilə bağlı konktret addımlar atılmalıdır”.
Millət vəkili diqqətə çatdırıb ki, əhalinin böyük bir hissəsi Bakıətrafı qəsəbələrdə, kəndlərdə, rayonlarda özəl evlərdə yaşayır: “Amma biz görürük ki, günəş panellərindən çox az istifadə olunur. Yaxud yay aylarında suyun qızdırılması ilə bağlı isti ölkələrdə xüsusi avadanlıqlar quraşdırılır və evə isti su günəş enerjisi hesabına verilir. Amma mən maraqlanmışam, bir şəxsi evin günəş panelləri vasitəsilə elektirik enerisi ilə təmin olunması üçün təqribən 25 min manat vəsait tələb olunur. Bu kifayət qədər böyük vəsaitdir, ona görə də vətəndaşlarımız bundan istifadə eləmirlər. Vətəndaşlar görsələr ki, günəş panellərini vəsaitini onlar həmin panellər quraşdırılandan sonra çıxara biləcəklər, onlar elektirik enerjisinə az pul ödəyəcəklər, böyük məmuniyyətlə bu iş ölkədə sürətlə gedər. Çox təəssüf ki, dövlətin bu istiqamətdə stimullaşdırıcı rolunu görmürük. Milli Məclis olaraq da bunu hökumətdən tələb etməliyik. Ölkəmizin gələcəyi bununla, iqtisadiyyatımızda rəqabət mühiti ilə bağlıdır. Ona görə də bu sahədə rəqabət mühiti yaradılmalıdır”.