"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Özəl klinikalara təhlükə – Sığorta məsələsi

29 Oktyabr 2016 - 14:17
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Elchi.az  Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyevlə müsahibəni təqdim edir:

-İcbari tibbi sığortanın ilkin mərhələdə özəl xəstəxanalara aid edilməyəcəyi bildirilir və Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində sığorta keçərli olacaq. Yalnız dövlət xəstəxanalarında olmayan xidmətlər üçün müqavilə bağlanılan özəl klinikalara müraciət mümkün olacağı qeyd edilir. İcbari tibbi sığrota yalnız dövlət xəstəxanalarında keçərli olacaq?

-Bildiyiniz kimi, İcbari tibbi sığortanın tətbiqi ilkin olaraq pilot layihələr şəklində rayonlarda başlayacaq. Özəl tibb müəssisələrinin əksər hissəsi Bakı şəhərində yerləşdiyinə görə həmin tibb müəssisələrini aktiv şəkildə prosesə cəlb etmək mümkün olmayacaq. Ümumilikdə isə yanaşma bundan ibarətdir ki, baza zərfi çərçivəsində təminat veriləcək tibbi xidmətlərin siyahısı və hər bir xidmət üzrə xəstəxanalara ödəniləcək maliyyə vəsaitinin məbləği məlum olacaq. İcbari tibbi sığorta baza zərfi çərçivəsində təminat verilən xidmətlər üzrə tibb fəaliyyəti ilə məşğul olan həm dövlət, həm də özəl tibb müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur.

-Şəxs yalnız özəl xəstəxanaların xidmətlərindən istifadə edirsə, o zaman icbari tibbi sığorta üçün pul ödəməlidirmi? (Çünki dövlət xəstəxanalarınnda icbari tibbi sığrotadan istifadə ediləcəyi deyilir) Yalnız müqavilə bağlanan özəl xəstəxanaların xidmətlərindən istifadə edilə bilər məsələsinə də diqqət çəkmək istərdim.

-Bildiyiniz kimi, icbari tibbi sığorta çərçivəsində bütün insanların sığorta haqqı ödəməsi nəzərdə tutulur. İnsanların icbari tibbi sığortadan maksimum faydalanmalarına imkan yaratmaq məqsədilə Agentlik tərəfindən əhaliyə geniş tibbi xidmətlər zərfinin və tibb müəssisələri şəbəkəsinin (həm dövlət, həm də özəl tibb müəssisələri) təklif olunması planlaşdırılır. Müvafiq qanunvericiliyə uyğun olaraq lisenziya əsasında fəaliyyət göstərən özəl tibb müəssisələrinin də icbari tibbi sığorta sisteminə qoşularaq tibbi xidmət göstərməsi üçün tibbi sığortanın bütün ölkə üzrə tətbiqi zamanı imkanlar yaradılacaq.

-Vətəndaş həmin xəstəxananı və oranın xidmətini bəyənmirsə bu zaman bu necə tənzimlənəcək? Bu eyni zamanda xəstəxanalar arasında rəqabət mühitinin yaxşılaşması və keyfiyyətinin artırılmasına bir maneə kimi olmayacaq?

-Azərbaycan Respublikasının hər bir vətəndaşının tibbi xidmətlərdən istifadə etmə hüququ vardır. Həmçinin tibb müəssisəsi seçimində də azaddır. Təbii ki, hər bir vətəndaş maraqlıdır ki, müraciət etdiyi tibb müəssisəsində istədiyi və onu qane edə biləcək xidmətlərlə təmin olunsun. Hər hansı bir xidməti əldə edə bilməyəcəyi halda vətəndaş digər bir tibb müəssisəsinə müraciət edəcək. Belə olan halda, vəsait də vətəndaşın arxasınca gedəcək və vətəndaşa tibbi xidmət göstərən tibb müəssisəsinə ödəniş həyata keçiriləcək. Bütün bunlar tibb müəssisələri arasında rəqabəti gücləndirəcək və sabit qiymət kontekstində daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsini stimullaşdıracaq.

-Özəl xəstəxanalarla müqavilələr hansı prinsiplərlə bağlanacaq və bu xəstəxanalar necə seçiləcək?

-Həm özəl, həm də dövlət tibb müəssisələri Agentliklə birbaşa müqavilə bağlamaqla icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmət göstərəcəklər. Dövlət tibb müəssisələrinin fəaliyyət istiqamətləri və xidmət növləri Səhiyyə Nazirliyinin müvafiq normativ sənədləri ilə tənzimlənir. Özəl tibb müəssisələri isə müvafiq qanunvericiliyə uyğun olaraq verilmiş xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Özəl tibb müəssisələri ilə müqavilələrin bağlanması zamanı onların lisenziya əsasında məşğul ola biləcəkləri işlər nəzərə alınacaq. Gələcəkdə tibb müəssisələrinin akkreditasiyadan keçməsi də nəzərdə tutulan prioritet məsələlərdəndir.

Previous Post

Özəl klinikalara təhlükə – Sığorta məsələsi

Next Post

Bakıda 1000-ə yaxın bina söküləcək

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Bakıda 1000-ə yaxın bina söküləcək

Bakıda 1000-ə yaxın bina söküləcək

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.