Otellərin kanalizasiyası saf sulara axıdılır - EKOLOQ ÇAĞIRIŞ ETDİ

🗓 19.06.2023 21:30 ✍️ "Elçi" qəzeti
Otellərin kanalizasiyası saf sulara axıdılır - EKOLOQ ÇAĞIRIŞ ETDİ

 

"Azərbaycanda su hövzələrin çirkləndirməsinin  əsas  mənbəyi  məişət və sənaye  sularıdır.  Sənaye suları əsasən Abşeron yarımadasında və ona yaxın olan sahilboyu ərazilərdə müşahidə olunur. Bir çox yerlərdə köhnə neft çıxarılan mənbələrdən də çirklənmələr müşahidə olunmaqdadır. Bunlar əsasən Xəzər  dənizinin çirklənməsinə səbəb olur". 

Elchi.az xəbər verir ki, bu fikirləri Faktmedia.az-a ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.

Onun sözlərinə görə  daha çox  çirklənmələr istifadə etdiyimiz məişət sularında da olur: "Bakı şəhəri ərazilərdə olan bütün qəsəbələr mərkəzləşdirilmiş kanalizasiya  xətlərinə  qoşulmayıb və buna görə də həmin  ərazilərdən   gələn sular Xəzər dənizə tökülür. Əksər rayon  yerlərdə də çirklənmələr baş verir. Çay boyu tikilən evlərdə kanalizasiya sistemləri olmadığı üçün bütün  axıntılar çaylara axır. Beləliklə də həmin su  hövzləri yararsız vəziyyətə düşür.  Turizm yerlərində tikilən otel və istirahət mərkəzlərində də  kanalizasiya sistemləri yoxdur. Bu kimi halların  qarşısını almaq üçün  həmin ərazilərdə    kanalizasiya sistemi quraşdırılı, bu istiqamətdə görülən işləri sürətləndirməlidir".  

Bənzər yazılar