Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 23-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.