Bu ilin avqust ayının 1-nə Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 211.595 təşkil edib.
Elchi.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.
Təkcə, 2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 82,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – iyul aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
2026-cı ilin avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.





















