Pentaqonun rəhbəri Lloyd Ostin bazar ertəsi danışıqlar aparmaq üçün Kiyevə gəlib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində məlumat verib.
Ostin yazıb: “Mən Ukrayna liderləri ilə görüşmək üçün Kiyevə indicə gəlmişəm”.
O, ABŞ-ın indi və gələcəkdə də Ukraynaya dəstəyini davam etdirəcəyi mesajını vermək niyyətində olduğunu bildirib.
Bundan əvvəl Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy Vaşinqtondan yeni hərbi yardımın perspektivlərini şərh edərək, vəziyyətin ən pis ssenari üzrə inkişaf etdiyini və respublikaçıların bu prosesi ləngidəcəyini bildirmişdi.
Yeganə