Ordumuzda ictimai-siyasi hazırlıq məşğələləri – Foto

45

Azərbaycan Ordusunda hərbi qulluqçular ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.

Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir.

Məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır, eyni zamanda, Azərbaycan Prezidentinin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir.

Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan söhbətlər zamanı bu ərazilərin tarixindən, həmçinin Vətən müharibəsi zamanı işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçuların göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilir.

Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.