Rusiya-Ukrayna sərhədində heç bir gərginlik yoxdur.
Bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Öz ərazimizdə irəliləyirik. Bəzi ölkələr hesab edir ki, Rusiya qoşunları onların lazım bildikləri yerdə saxlanılmalıdır. Məhz həmin ölkələr gərginliyi Rusiyaya “bağlayırlar”, – deyə diplomat bildirib.
Qeyd edək ki, bəzi məlumatlarda Rusiyanın Ukrayna sərhədinə 92 mindən çox canlı qüvvə topladığı deyilir.