Ördəklərin yolu keçməsinə kömək edərkən öldü

133

Şəhər polisindən verilən açıqlamaya görə, 41 yaşlı Casey Rivara Sakramentodan təxminən 40 kilometr şimal-şərqdə yerləşən Rocklin şəhərində ördəklərin qarşıya keçməyə çalışdığını görüb.
Elchi.az xəbər verir ki, Maşından düşən Rivara gənc sürücünün idarə etdiyi avtomobilin üzərinə düşüb.
“Kişinin kəsişmədə bəzi ördək balalarına kömək etməyə çalışdığı bildirilir. Yol kəsişməsində gənc sürücü Stenford Ranç prospektində şərqə doğru hərəkət edirdi. Bu gənc sürücü yolda piyadanı vurub”, – Rocklin Polis Departamentinin açıqlamasında deyilir.
Summer Peterson adlı bir şahid yerli CBS News agentliyinə bildirib ki, onun uşaqları cümə axşamı gecə yerli vaxtla saat 20:15 radələrində baş verən qəzanın şahidi olublar.
İnsanlar qəza yerinə gül buketləri və rezin ördəklər qoyublar.
Rocklin Polis İdarəsi heç bir həbs edilmədiyini və hadisənin hələ də araşdırıldığını bildirib.
Rocklin polis kapitanı Scott Horrillo NBC News-a bildirib ki, gənc sürücü çətin ki, cinayət məsuliyyətinə cəlb olunacaq.

Şayəstə Hüseynova