Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlamasına icazə verməyəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Macarıstan Avropa İttifaqının Ukraynanın icmaya qoşulması ilə bağlı danışıqlara başlamağa icazə verməyəcək, respublikanın baş naziri Viktor Orban bildirib.
“Avropa İttifaqı dayandırılmalı olan dəhşətli bir səhv etmək üzrədir. 26 ölkə bunu həyata keçirmək istəsə belə, biz bunun əleyhinə olacağıq”, – deyə siyasətçi Mandinerə müsahibəsində bildirib.
Macarıstan hökumətinin başçısının sözlərinə görə, Ukraynadakı vəziyyət onun Aİ-yə mümkün üzvlüyü ilə bağlı danışıqlara başlamağa imkan vermir.
Noyabrda Avropa Komissiyası Avropa İttifaqı Şurasına Moldova və Ukraynanın icmaya qəbulu ilə bağlı danışıqlara başlamağı tövsiyə edib.
Şayəstə Hüseynova