"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Oqtay Gülalıyevin övladı yenidən məhkəmə önündə

24 İyun 2015 - 16:10
in Kateqoriyasız
FacebookVatsap

oqtaygMilli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyev yenidən məhkəmə önünə çıxacaq. Buna səbəb Bakı Apelliyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətidir. Kasasiya şikayətinə Ali Məhkəmədə 24 iyunda hakim Əli Seyfəliyevin sədrliyi ilə kollegiya baxacaq. Xatırladaq ki, təqsirləndirilən şəxs Gülalıyev Əlgüşad Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Məhkəmə hökmündən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi kollegiya baxıb.
Müdafiə tərəfinin məhkəmə baxışının məhkəmə istintaqı keçirilməklə aparılmasına dair verdiyi vəsatəti Apelliyasiya Məhkəməsi qəbul etməyib. 17 fevral 2015- ci il tarixdə apellyasiya şikayətinə ilkin baxılması zamanı məhkəmə istintaqı aparılmadan apellyasiya şikayətinə məhkəmə baxışının keçirilməsinə dair qərar qəbul edilib.
Həmin qərardan da Ali Məhkəmənin Cinayət Kollegiyasına kasasiya şikayəti verilib. Müdafiə tərəfi fikrini onunla əsaslandırıb ki, Xətai rayon məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib, eyni zamanda məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməyib. Həmin sübutları yenidən araşdırmadan iş üzrə hallara düzgün və obyektiv qiymət vermək mümkün deyil.
Xətai rayon məhkəməsi məhkəmə iclas protokollarını saxtalaşdırmış və şahidlərin, zərərçəkənin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin məhkəmə iclas zalında verdiyi ifadələri olduğu kimi iclas protokoluna qeyd etməyib. Bununla bağlı Xətai rayon məhkəməsinə protokola qeydlər verlməsi üçün ərizə verilsə də, məhkəmə tərəfindən ərizə təmin edilməyib. Hətta protokola qeydlərin nəzərə alınması üçün müdafiə tərəfinin vəsatəti əsasında Apelliyasiya Məhkəməsi iş materiallarını 09 yanvar 2015- ci tarixli qərarla Xətai rayon məhkəməsinə qaytarsa da birinci instansiya məhkəməsi bunu da nəzərə almayıb.
Bu baxımdan apellyasiya baxışında qismən istintaq aparılmasına, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsinə, digər dəlil və subutların araşdırılmasına ehtiyac var. Çünki irəli sürülmüş ittihamlara aydınlıq gətirmək üçün şahidlər mütləq dindirilməli, bəzi məsələlərə aydınlıq gətirilməlidir.
Ali Məhkəməyə təqdim olunan kasasiya şikayətində qeyd olunur ki,
1. Xətai rayon məhkəməsində şahid qismində dindirilən yetkinlik yaşına çatmayan şahidlərin verdiyi ifadəyə əsasən onları polis bölməsində hədələyərək hazır yazılmış ifadəyə qol çəkdiriblər. Birinci instansiya məhkəməsi şahidlərdən istintaq müddətində zorla, təzyiq altında ifadə alınması kimi qanunsuz hərəkəti araşdırıb bu qanunsuzluğa hüquqi qiymət verməyib. Odur ki, Apellyasiya məhkəməsi şahidlərdən istintaq zamanı təzyiq altında ifadə alınması faktını araşdırmalı və bu fakta hüquqi qiymət verməlidir.
2. Xətai rayon Məhkəməsinin protokollarında şahidlərin ifadə bölmündə verilən ifadələr düzgün qeydə alınmayıb və saxtalaşdırılıb. Polisin təzyiqi altında istintaqda şahidlərdən alınan ifadələr oxşar formada məhkəmə hökmünə əlavə edilib. Odur ki, Apellyasiya məhkəməsində şahidlərin yenidən dindirməsi zəruridir.
3. Məhkəmə iclasında müdafiə tərəfi hadisənin baş verdiyi iddia olunan məkanda və saatda NZS qəsəbəsi 165 saylı orta məktəbin 3 mərtəbəsində dəhlizin yuxarı hissəsində quraşdırılmış müşahidə kamerasının yaddaşında olan video görüntüyə məhkəmə zalında baxlmasına dair vəsatət vermiş, lakin məhkəmə əsaslı və həlledici məqamlardan olmasına baxmayaraq video diskə baxış keçirilməsi barədə vəsatəti rədd etmişdir. Bununla da məhkəmə baş verdiyi iddia olunan hadisənin qurama və əsassız olmasına dair əsas faktı görmək və incələmək istəməyib. Halbu ki, video kamera hadisənin baş verdiyi iddia olunan məkanı və şəxsləri tam əhatə edir. Ona görə də hadisənin baş verdiyi məkanda quraşdırılmış müşahidə kamerasının yaddaşında olan video görüntülərə baxaraq hadisə barədə ətraflı təsəvürlərə malik olmaq mümkündür. Təəssüf ki, Apelliyasiya məhkəməsi də məhkəmə istintaqının aparılmasını zəruri edən əsas faktorlardan biri olan videogörüntüyə baxış keçirilməsinə luzum görməmişdir.
Buna görə də bu və digər halların araşdırılması üçün apellyasiya baxışı qismən məhkəmə istintaqının keçirilməsi ilə aparılmalıdır. Yalnız bu yolla obyektiv həqiqətə nail olmaq mümkün olar. Məhkəmə istintaqı aparılmadan məhkəmə iclasının keçirilməsi apellyasiya şikayətinin dəllillərinin araşdırılmasına və qiymət verilməsinə kifayət etmir.
Yuxarıda göstərilən və göstərilməyən hallar bir daha araşdırılmalı, Apellyasiya məhkəməsi tərəfindən həmin hallarla bağlı istintaq aparılmalıdır. Çünki Xətai rayon məhkəməsinin hökmü mötəbər olmayan sübutlara əsaslanıb və onları araşdırmadan obyektiv qərar çıxarmaq mümkün deyil.
Apellyasiya instansiyası işə mahiyyəti üzrə baxan sonuncu instansiya olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Şəxs ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirirsə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın.
Beləliklə, Apellyasiya məhkəməsinin Əlgüşad Gülalıyevin təqsirsizliyini və əslində ittihamın saxta olması haqqında əsaslı arqumentləri araşdırmaması apellyasiya baxışını səmərəsiz etmiş və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin kobud şəkildə pozmuşdur.
Müdafiə tərəfi hesab edir ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2015-cü il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarını ləğv edərək işə yenidən ilkin baxış iclasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməlidir.
Xatırladaq ki, Əlgüşad Gülalıyev özü 2013- cü ilin sentybarında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə Ə. Gülalıyevin özünə cinayət işi qaldırıb və onun haqqında təqsirləndirilən şəxs qismində qəti- imkan tədbiri seçilib. Cinayət İşinin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsi aparıb. Əlgüşad Gülalıyev Mill Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladıdır. Atası, keçmiş siyasi məhbus O. Gülalıyev Sabirabad rayon məhkəməsinin 13 iyun 2012- ci il tarixli hökmü ilə polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib. Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışı yasaqdır.

Bunu da oxuyun

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Previous Post

Oqtay Gülalıyevin övladı yenidən məhkəmə önündə

Next Post

“ASAN xidmət” BMT-nin təltifetmə mərasimində -FOTO

Bənzər yazılar

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

30 Oktyabr 2026 - 10:16

Ədliyyə naziri Fərid Əhmədov 6 noyabr tarixində Samux rayonunda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinlərini qəbul...

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

30 Oktyabr 2026 - 10:08

Noyabrın 2-dən metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 102, 130,...

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

30 Oktyabr 2026 - 10:00

Oktyabrın 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Elchi.az-a Milli...

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...

Next Post

“ASAN xidmət” BMT-nin təltifetmə mərasimində -FOTO

“ASAN xidmət” BMT-nin təltifetmə mərasimində -FOTO

Son xəbərlər

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

30 Oktyabr 2026 - 10:16
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

30 Oktyabr 2026 - 10:08
Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

30 Oktyabr 2026 - 10:00
Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.