İyulda “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.
Elchi.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.
Hesabata görə, Aralıq dənizində xam neft markalarının qiymətləri “CPC Blend” Qazaxıstan neftinin yüklənməsinin bir neçə gün dayandırılmasından sonra artıb.
Avropadakı neft emalı zavodları yüksək emal həcmlərini qorumaq və güclü emal marjalarından yararlanmaq üçün Şimali Afrika neft markaları da daxil olmaqla, keyfiyyət baxımından oxşar alternativ xam neft partiyalarına tələbat göstərib.
Beləliklə, “Azeri BTC” və “CPC Blend” markalı xam neft növlərinin qiymətləri aylıq müqayisədə müvafiq olaraq 1,90 dollar/barel və 0,83 dollar/barel artıb. Nəticədə bu markalar “North Sea Dated” etalonuna nisbətən müvafiq olaraq 5,08 dollar/barel artımla və 2,77 dollar/barel endirimlə qiymətləndirilib.





















