Onuncu sinif şagirdinə hökm oxundu

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Samir Fətullazadənin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, Yeni Günəşlidə yerləşən 282 №-li orta məktəbdə X sinif şagirdi Samir Fətullazadə və VIII sinif şagirdi Rahib Babayev arasında münaqişə yaşanıb.

Münaqişə nəticəsində Samir Fətullazadə 14 yaşlı Rahib Babayevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Bənzər yazılar

Next Post

Son xəbərlər