"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Onlarla bacara bilməzdik…” – Yanan bina işində şahidlər ifadə verib

18 Oktyabr 2016 - 17:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

“Onlarla bacara bilməzdik...” - Yanan bina işində şahidlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İlk şahid yanğın baş verərkən binada yaşayan Xuraman Hüseynova olub.
“7800 manat zərər dəyib, ancaq bu məbləği ala bilmədim”
 
O, yanğın baş verən binada kirayədə yaşadığını və evdə olan bütün əşyalarının yandığını söyləyib: “Biz Ağdamdan məcburi köçkünük. Bərdədən Bakıya köçmüşdük. Uşaqlarımız burada universitetdə oxuyurdu. Evdə olan bütün əşyalar bizə məxsus idi. Yanğın zamanı bütün əşyalarımız külə döndü. İlk hesablamada FHN əməkdaşları dedi ki, 7800 manat zərər dəyib. Ancaq bu məbləği ala bilmədim”.
Şahid bildirib ki, ona dəymiş zərəri ala bilməməsinin səbəbkarı ev sahibi olub: “Aylıq 300 manat kirayə pulu verirdik. Uzun müddət o evdə yaşadıq. Yanğın zamanı evdə olan bütün əşyalarımız yandı. Evə 15 min manat kompensasiya verdilər. Ancaq ev sahibinin övladları da həmin puldan pay istədilər. Beləliklə də problem yarandı. Biz razı olduq ki, 5 min manat ev sahibi versin. Notariusda sənəd imzaladıq ki, 5 min alacam. Amma 4 min aldım. 1000 manatı da bankda ev sahibinə verdim. Biz onlarla bacara bilməzdik. Razılaşıb çıxdıq”.
Sahə rəisi: “1500 manat maaş alırdım”
Məhkəmədə digər şahid qismində Akif Musayev ifadə verib. O, yanğın baş verən binada üzləmə işlərini həyata keçirən TNH şirkətinin işçisi olub.
Xətaidə Zığ yolunda üzlənən 5 binaya nəzarəti həyata keçirən və sahə rəisi olduğunu deyən A.Musayev bildirib ki, yanğın baş verən binaya nəzarəti o həyata keçirməyib: “Həmin əraziyə kimin nəzarət etdiyini bilmirəm. Mən digər 5 binaya nəzarət edirdim. Tikinti işlərinə baxırdım. Görülən işlər də layihəyə uyğun idi”.
O, işə düzəlməsini, çalışdığı müddət ərzində gördüyü işləri belə danışıb: “Özüm müəssisə rəhbəri idim. Ancaq bir müddət işsiz qaldım. İş üçün TNH şirkıtinə müraciət etdim. Sahə rəsi olaraq işə başladım. 1500 manat maaş alırdım. Zığ yolunda üzlənən binalara nəzarət edirdim. Material gəlirdi, sahədə işlər aparırdıq. FHN-dən, Bakı Şəhər İcra Hakimiyyətindən də gəlib, bizim işlərə baxırdılar. Mən layihənin rəhbəri olaraq Rəşad Quliyevi tanıyırdım. Yanğından sonra indi təqsirləndirilən Fərid Sadıqovu tanıdım və onun şirkət rəhbəri olduğunu bildim”.
Şahid bildirib ki, sifarişçinin Bakı Şəhər İcra Hakimiyyəti olduğu haqda onda məlumat olub və elə icra hakimiyyətindən də bu işlərə nəzarət edilib.
Akif Musayev onu da əlavə edib ki, yanğından sonra üzlənən bütün binaların söküntü işlərini də o, həyata keçirib: “Üzlənən binaları da özümüzə sökdürdülər. Həmin vaxt da nəzarət Ekologiya Nazirliyinə verilmişdi. Biz də bütün binaları yenidən üzləyib, təhvil verdik”.
Dövlət ittihamçısının və hakimin suallarını cavablandıran şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlərin olduğu məlum olub.
O, daha çox şirkətə rəhbərlik edən şəxslərin kimliyi haqda danışarkən ziddiyyətli fikirlər səsləndirib. Daha sonra bina üzlükləri istehsal edən zavodun direktorunun Məmməd Vəliyev, THN şirkətinin rəhbərinin isə Fərid Sadıqov olduğunu deyib. Bu ziddiyyətli fikirlərini isə unutqanlıqla əlaqələndirib.
Şirkət vergidən necə yayınıb?
Digər şahid isə şirkətin mühasibi olmuş Könül Abbasova olub. K.Abbasova 2014-cü ilin dekabrında işdən çıxdığını deyib. Prokurorun suallarını tam olaraq cavablandıra bilməyən K.Abbasova bildirib ki, şirkətdə qısa bir müddət ərzində çalışıb və verilən göstərişləri yerinə yetirib.
Məhkəmədə məlum olub ki, şirkətdə vergi hesabatları verilmirmiş. Mühasib xanım bunu şirkət rəhbərliyin şəxsi fəaliyyəti və işi kimi dəyərləndirib. Suallara cavab verən K.Abbasova rəhbərlik tərəfindən işdən çıxarıldığını söyləyib.
Məlumat üçün bildirək ki, şahidlərin ifadəsində adı çəkilən Məmməd Vəliyev hazırda ölkəni tərk edib. Əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər isə özlərini təqsirli bilmədiklərini deyiblər.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.
Previous Post

“Onlarla bacara bilməzdik…” – Yanan bina işində şahidlər ifadə verib

Next Post

`Azərbaycan heyrətamiz nəticələr əldə edib` – Filip Vuyanoviç

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

`Azərbaycan heyrətamiz nəticələr əldə edib` - Filip Vuyanoviç

`Azərbaycan heyrətamiz nəticələr əldə edib` - Filip Vuyanoviç

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.