"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Onların estradadan muğama keçməsi təlxəklik kimi görsənir”

07 Sentyabr 2014 - 19:12
in MƏDƏNİYYƏT
FacebookVatsap

“Spirtli içkinin təsiri altında olan insan muğamı dərk edə bilməz”qocaq-esgerov101010

Bunu da oxuyun

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Dərbənddə bu teatra Maqomayevin adı verildi


Tamaşaçılar əsasən Qoçaq Əsgərovu efirdə  yayımlanan “Muğamstar” verilişindən tanıyırlar. Mən də daxil olmaqla bütün ailəmiz onun ifasını səbrsizliklə gözləyərdik. Hər dəfə ifası insanları valeh edirdi. Ancaq o gün oğlunu itirdiyi həftə ifa etdiyi muğam sanki, musiqinin bir janrı deyildi. Övladını itirən bir atanın naləsi, fəryadı idi. O gün onun ifası ilə bütün studiya göz yaşında boğuldu.

Belə bir istedadlı ifaçıdır Qoçaq Əsgərov…

Onun Moderator.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:

 

-Qoçaq bəy, bir dönəmlər estrada müğənniləri muğam janrına sanki axın etməyə başladılar. Sizcə bu nədən irəli gəlirdi?

Ümumiyyətlə, bizim insanlarda bir xüsusiyyət var ki, dövlət, insanlar hansı sahəyə maraq edirsə həmin sahəyə axın da artır. Bəli, bir zamanlar insanlar  muğamı tamamilə yadırğamışdılar. Sonralar dövlətin muğama marağı, himayəsi bəzi estrada ifaçılarını bu janra çəkdi. Bacardı bacarmadı çoxları muğam ifa etməyə başladılar. Iş burasındadır ki, bir zamanlar xanəndə olduğumuz üçün bizə lağ edənlər indi özləri də muğam ifa edirlər.  Mən kiminsə muğam ifa etməsinin əleyhinə deyiləm. Amma elələri var ki, onların estradadan muğama keçməsi təlxəklik kimi görsənir. Mən düşünürəm ki, bu janrın kimlər tərəfindənsə düzgün ifa olunmaması muğamımızın gözdən salınmasında rol oynayır. Çünki muğam ağır janrdır. Və onu ifa etmək hər ifaçının bacardığı iş deyil.

-Tanınmış  estrada ifaçımız Lalə Məmmədova da “Leyli və Məcnun” da Leylini ifa etdi. Bəziləri bəyəndi, bəzi xanəndələr isə tənqidlə qarşıladı. Siz necə düşünürsünüz? Lalə Məmmədovada Leyli obrazı alındı?

-Lalə xanımı şəxsən tanıyıram. Çox istedadlı, səviyyəli bir xanımdır. Onun bu cəhdini pis qarşılamıram. Ona görə ki, insandır. Ola bilsin ki, ürəyində arzusu olub Leylini ifa etmək istəyib. Düzünü desəm, mən o tamaşada olamamışam, efirdə bəzi fraqmentləri izləmişəm. Yəni estrada ifaçısı üçün bu ifa yetərli sayıla bilər.

-Bəzən xanəndələr televiziyalarda muğama qoyulan vaxt məhdudiyyətindən şikayətlənirlər. Belə hallarla rastlaşmısınız?

-Mən artıq  2 ildir ki, Azərbaycan telekanallarında verilişlərə getmirəm. Bir dəfə bir telekanalda verilişə dəvət olunmuşdum. Həmin verilişin produsseri mənə təklif etdi ki, çalış şən əhval- ruhiyyəli mahnı ifa et. Əlbəttə ki, onun sözü ilə razılaşmadım. Cavab verdim ki, mən müəyyən repertuar hazırlayıb gəlmişəm bura, razısınızsa onu ifa edim, razı deyilsinizsə mən gedə bilərəm. Həmin insan anladı ki, mən nə demək istəyirəm. Inandırım sizi ki, mən orda qalıb öz repertuarımda olan mahnını ifa etdikdən sonra elə həmin proddusser mənə yaxınlaşıb təbrik etdi və ifamın tamaşaçılar tərəfindən çox bəyənildiyini dedi. Əgər mənim ifama efirdə vaxt məhdudiyyəti qoyulsa mən heç vaxt həmin verilişdə ifa etmərəm.

-Az öncə də qeyd etdiniz ki, artıq 2 ildir ki, televiziya verilişlərində iştirak etmirsiniz. Bunun səbəbini daha nə ilə izah edərdiniz?

-Azərbaycan telekanallarının demək olar ki, hamısı məni dəvət edir. Ancaq mən hər verilişə getmək istəmirəm. Çox verilişlərə dəvət olunsam da, gözümü yumub efir xatirinə verilişlərə qaçmıram. Yəni seçim edirəm. Bu yaxınlarda mənə “Könül dünyamız” verilişindən təklif gəldi, təbii ki, həmin verilişdə iştirak etməyi düşünürəm.

-Bir çox xanəndələr toylarda iştirak edirlər. Belə desək, artıq “toy biznesi”nin nümayəndəsi olublar…

-Bilirsiniz, muğam elə bir janrdır ki, bu janrda bir ilahiyyat, ilahi eşq var. Spirtli içkinin təsiri altında olan bir insan muğamı dərk edə bilməz, muğam onu düşündürməz. Mənim fikrimcə muğam toy musiqisi deyil. Muğam elmi, muğamı dərk etmək mədəniyyəti olan insanların qavradığı, dərk etdiyi bir musiqi janrıdır.

-Bildiyimiz kimi, siz toylarda bir muğənni kimi iştirak etmirsiniz.  Nə vaxtsa məcbur qalsanız toylarda iştirak edərsiniz?

-Hansısa toya gedəndə alkoqollu insanın xoşa gəlməyən sözünü mən qəbul edə bilmirəm. Mən bu səviyyəyə gəlməyimdə çoxlarının böyük zəhməti olub. Əlbəttə, həmin insanlar xahiş edəndə onların toyunda təmənnasız iştirak edirəm. Ancaq gəlir xatirinə dedikdə isə mənim də övladlarım var. Onların xatirinə başqa bir yol düşünərəm. Ancaq maddi gəlirə görə mən heç kimin qarşısında özümü alçaltmaram.

-Çox zaman xarici ölkərə səfərlərdə olduğunuzu görüb-eşidirik…

-Ilk öncə qeyd edim ki, mən Allahıma çox bağlı insanam. Digər tərəfdən, mən heç vaxt toy müğənnisi olub, külli miqdarda pul qazanmaq arzusunda olmamışam. Hər zaman arzum bu olub ki, Alim Qasımov kimi dünyada tanınmış bir sima, səs olum. Görünür, Allahım məni bu arzuma çatdırmaq istəyib. Demək olmaz ki, mənim maddi gəlirim yüksəkdir. Insanlar elə düşünə bilər ki, mən xarici ölkələrdə konsertlərdə oluram, orada disklərim satılır, mənim gəlirim həddindən çoxdur.  Ancaq bu belə deyil, mən müəyyən dərəcədə qonorar alıram. Təbii ki, bu qonorarı almaq illər tələb edir. Insanlar inciyə bilər ki, Qoçaq toy müğənnilərini bəyənmir. Əsla belə deyil. Sadəcə hər kəsin bir amalı olur. Mənim də amalım bu olub ki, Alim Qasımov kimi dünyada, beynəlxalq arenada tanınım. Yəni o səviyyədə bir xanəndə olum. Allahıma çox şükr mənə bu yolu qismət etdi, həmin yolda irəliləyə bilirəm.

-Xarici ölkələrdə səfərlərdə çox olursunuz. Bu səfərlərin xərclərini özünüz qarşılayırsınız, ya dövlət tərəfindən dəstəyiniz olur?

-Əlbəttə, elə səfərlər olur ki, mənim heç bir maddi gəlirim olmur. Məsələn, bu yaxınlarda Amerikada oldum. Bütün xərc dövlət tərəfindən qarşılandı. Bu səfərdə maddi gəlirim olmadı. Sadəcə düşündüm ki, bunu vətənim xatirinə etməliyəm və getdim. Düşünürəm ki, Azərbaycanda yaşayan, bu torpağın çörəyin yeyib, suyun içən hər bir vətəndaş belə edərdi. Çox zaman səfərlərimin maddi qarşılığını Mədəniyyət Nazirliyi, və ya Heydər Əliyev Fondu qarşılayır.

Ancaq elə səfərlər olur ki, xərclər səfər etdiyim dövlət tərəfindən çəkilir. Məsələn, bu yaxınlarda İsrailə, Çinə, İrana səfərlərim planlaşdırılır. Bu səfərlərdə maddi xərcləri və konsert üçün nəzərdə tutulan qonorar həmin dövlət və ya həmin ölkədə olan şirkətlər tərəfindən qarşılanır.

-Elə bir şirkət və ya imkanlı şəxslər var ki, sizə sponsorluq etsin?

-Bu yaxınlarda bir təklif gəldi. Almaniyanın Prami kompaniyasından mənə təklif gəldi. Onlar bir CD istəyirdilər baxmaq üçün. Baxdım ki, bu CD üçün minimum 10000 AZN lazımdır. Bu layihə həm Azərbaycan, həm mənim üçün çox əhəmiyyətli idi. Çünki bu CD BMT- də, UNESKO – da müəyyən şəxslərə təmənnasız olaraq paylanmalı idi. Bir neçə təşkilatlara müraciət etdik. Müsbət cavab gəlmədiyi üçün kampaniyada iştirak etməkdən imtina etdim.

-Bu sahədə olan Qeyri Hökumət Təşkilatları sizə dəstək olurmu?

-Bu sahədə fəaliyyət göstərən QHT-lər musiqiyə, mədəniyyətə xidmət etmir. Onlar lazımsız yerlərə dövlət tərəfindən pul alıb “ciblərinə yığırlar”. Yəni bu gün bu təşkilatların musiqiyə, mədəniyyətə heç bir faydası yoxdur.

Lalə Novruzlu

Previous Post

“Onların estradadan muğama keçməsi təlxəklik kimi görsənir”

Next Post

Ərdoğan Obama ilə görüşündən danışdı

Bənzər yazılar

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Nazirlikdən Elchi.az-a...

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

18 Sentyabr 2026 - 18:53

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. APA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı...

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Dərbənddə bu teatra Maqomayevin adı verildi

18 Sentyabr 2026 - 17:39

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib. Elchi.az APA-ya istinadla xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor...

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30

18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək. Elchi.az xəbər verir ki, qurultay XVIII Üzeyir Hacıbəyli...

Next Post

Ərdoğan Obama ilə görüşündən danışdı

Ərdoğan Obama ilə görüşündən danışdı

Son xəbərlər

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

23 Sentyabr 2026 - 16:25
Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

23 Sentyabr 2026 - 16:14
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

23 Sentyabr 2026 - 16:06
“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

23 Sentyabr 2026 - 16:00
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

23 Sentyabr 2026 - 15:53
Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

23 Sentyabr 2026 - 15:44
Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

23 Sentyabr 2026 - 15:30
Azərbaycanda 8 ayda 97 internet resursuna giriş məhdudlaşdırılıb

Azərbaycanda 8 ayda 97 internet resursuna giriş məhdudlaşdırılıb

23 Sentyabr 2026 - 15:16
Elşad Miri: “Uşaqların baş örtüsü” deyilən bir anlayış yoxdur”

Elşad Miri: “Uşaqların baş örtüsü” deyilən bir anlayış yoxdur”

23 Sentyabr 2026 - 15:08
Rutte: “Müttəfiqlər müdafiə məsələsində ABŞ-a ciddi şəkildə bel bağlayıblar”

Rutte: “Müttəfiqlər müdafiə məsələsində ABŞ-a ciddi şəkildə bel bağlayıblar”

23 Sentyabr 2026 - 15:00
Azərbaycanlılara görə divarları yazanlar həbs olundu

Azərbaycanlılara görə divarları yazanlar həbs olundu

23 Sentyabr 2026 - 14:52
Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 - 14:43
“Yuventus” cərimələndi

“Yuventus” cərimələndi

23 Sentyabr 2026 - 14:30
Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

23 Sentyabr 2026 - 14:14
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

23 Sentyabr 2026 - 14:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.