"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Onları xəyanət xisləti birləşdirir… – Komitə sədri

01 Dekabr 2025 - 21:54
in MÖVQE, GÜNDƏM, MANŞET, SİYASƏT
FacebookVatsap

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ramiz Mehdiyev işi ilə bağlı Əli Kərimovun da cəlb olunmasına münasibət bildirib. Bu barədə o, Modern.az-a danışıb.

Bunu da oxuyun

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Elchi.az müsahibəni təqdim edir:

– Əli müəllim, Ramiz Mehdiyev işi ilə bağlı AXCP sədri Əli Kərimovun da cəlb olunmasına münasibətiniz necədir?

– Vaxtilə post sovet məkanında Xalq Cəbhəsi hərəkatları məhz Qorbaçovun yenidənqurma siyasətinin nəticəsi kimi yaradılmış, Yeltsin hakimiyyəti dövründə isə guya “demokratik” prosesdə, əslində isə dağıdıcı prosesdə aktiv istifadə edilmişdir. Bu baxımdan AXC sədri Əli Kərimovun  şimal qonşumuzdakı məlum dairələrlə əlaqələri təəccüblü deyil.

2013-cü ildə Azərbaycan Prezident seçkiləri vaxtı Rusiyadakı “Milyarderlər İttifaqı” ilə əməkdaşlıq, “Milli Şura” layihəsi və s. məhz bu proseslərin nəticəsi və 5-ci kolonun fəaliyyətinin bariz nümunəsidir.

Əslində post sovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar.

Hesab edirəm ki, indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır.

– Bəs necə ola bilər ki, bütün bu illər ərzində radikal müxalifət ilə Ramiz Mehdiyev arasında əlaqələr mövcud olsun və bu barədə təhlükəsizlik orqanlarının və ölkənin ali rəhbərliyinin məlumatı olmasın?

– Əslində iqtidarla müxalifət arasında dialoqun mövcudluğu normal bir haldır. Amma bu vəziyyətdə görünən odur ki, Mehdiyev müxalifətlə, o cümlədən Əli Kərimovla əlaqələri gizli şəkildə və öz mənfur niyyətlərini həyata keçirmək məqsədilə qurubmuş. Bu əlaqələrlə bağlı şübhələr müxtəlif dövrlərdə sezilirdi. 2013-cü ilin Prezident seçkiləri dövründə və radikal müxalifətin 2019-cu ilin oktyabr mitinqləri dövründə bu əlaqələrlə bağlı şübhələr artıq mövcud idi. Amma o da məlumdur ki, 2003-cü ildə Prezident seçkiləri vaxtı Mehdiyev hakimiyyəti ələ keçirmək niyyətini ustalıqla gizlədə bilmişdi. Sonrakı mərhələdə Ramiz Mehdiyev Administrasiya rəhbəri vəzifəsindən kənarlaşdırılsa da, ona qarşı yenə humanistlik və alicənablıq nümayiş etdirildi və o, AMEA-ya rəhbər seçildi. Təəssüf ki, orada da öz məkrli niyyətlərindən əl çəkmədi, pozuculuq fəaliyyətini davam etdirdi. İndi isə onun dövlətə xəyanəti açıq forma aldığından ona qarşı rəsmi ittiham elan olunmuşdur. Mehdiyevlə Kərimovu birləşdirən də məhz bu xəyanət xisləti, Azərbaycanın real müstəqilliyini qəbul etməmələri, Azərbaycanı xarici dövlətlərdən asılı vəziyyətə salmaq şərtilə özlərinin hakimiyyətə gəlmək niyyətləri olmuşdur. Ona görə də cəmiyyətdə və xalq arasında onlara qarşı  ikrah hissi mövcuddur.

– Əli müəllim, Sizcə bu vəziyyət, Ramiz Mehdiyev ranqında olan bir şəxsin əməlləri və onun radikal müxalifətlə gizli iş birliyi ölkədə dövlət quruculuğu proseslərinə kölgə salmır ki?

– Əsla salmır, çünki istər hakimiyyət nümayəndələri, istərsə də müxalifət nümayəndələri arasında bütün dövrlərdə və dövlətlərdə bu cür yarıtmaz insanlar mövcuddur. Vacib olanı odur ki, Azərbaycanda zamanında Ulu Öndər Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin xalq arasında böyük nüfuzu və etimadı mövcuddur. Buna görə də bu cür xəyanət halları aşkarlananda onların qarşısı qətiyyətlə alınır və ölkəmiz dövlət quruculuğunda öz inkişaf yolunu əzmlə davam etdirir.

Previous Post

Özbəkistan Azərbaycan modeli üzrə sahibkarlara dəstək mərkəzləri yaradacaq

Next Post

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bənzər yazılar

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11

Manamada Bəhreyn və İordaniya arasında Birgə Ali Komitənin 23-cü iclası keçirilib. Elchi.az xəbər verir ki, toplantı Bəhreyn Müdafiə Qüvvələrinin Baş...

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin...

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Tbilisi prospekti, 129” (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə...

Next Post
Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Fransa klubunun azarkeşləri futbolçuları döyüblər

Fransa klubunun azarkeşləri futbolçuları döyüblər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.