“Rusiya Ukrayna müharibəsindən qalib çıxarsa bununla kifayətlənməyəcək. Perimetr boyu bütün qonşu ölkələrə təhlükə yaradacaq”-bu sözləri Elchi.az-a açıqlamasında “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahin oğlu deyib.
Siyasətçi Rusiyanın təhlükə yaradacağı ərazilər kimi Moldova, Cənubi Qafqaz, Mərkəzi Asiyanı misal göstərib.
O eyni zamanda qeyd edib:” Əlavə olaraq dünya ölkələrinin əksəriyyəti Ukraynanın ərazi bütövlüyünü təmin etməsini istəyir ki, o biri dövlətlər də təhlükəsizlik problemlərini həll edə bilsinlər. Ona görə də Rusiya hakimiyyəti də narahatdır. Rusiya prezidenti özü də qeyd edir ki, onlar Rusiyanı parçalayıb kiçik dövlətlərə bölmək istəyirlər. Rusiya işğalçı siyasət yürüdərək bir çox ölkələrə təhlükə yaradır. Bu da bizə imkanlar yaradır ki, Qarabağdakı suverenliyimizi bərpa edək”.
Havar Şəfiyeva