"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Onlar həmişə ölkənin maraqlarına qarşı çıxıblar” – Əliməmməd Nuriyev

10 İyun 2017 - 11:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etdindən sonra yaranmış vəziyyət hələ də tam aydın deyil. Əvvəllər Çoxtərəfli Qrupun tərəflərindən biri olan vətəndaş cəmiyyəti institutları hazırda prossesdə müşahidəçi qismində təmsil olunur.

Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev müsahibəsində ölkəmizdə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüslərində vətəndaş cəmiyyətinin mümkün rolu ilə bağlı məsələlərdən söz açıb.

– Əliməmməd müəllim, bu günlərdə belə bir məlumat yayıldı ki, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) OHT Koalisiyasına vaxtilə üzv olmuş bəzi şəxslər yenidən bu Koalisiyanın Ümumi Yığıncağı adı altında tədbir keçirmək istəyir. Koalisiyanın sonuncu legitim koordinatoru kimi bu proseslərlə bağlı nə deyərdiniz?

– İlk növbədə qeyd etməliyəm ki, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) Azərbaycan 2003-cü ildə qoşulub. 2017-ci ilin martında Azərbaycan MHŞT-dən çıxdı. Azərbaycanın bu təşəbbüsdən çıxmasının əsas səbəblərindən biri də odur ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycana qarşı ədalətsiz qərar qəbul etdi. Yəni bu təşəbbüsdə fəaliyyətinin dayandırılmaması ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin israrlı xahişlərinə baxmayaraq, vaxtilə bu Koalisiyanın üzvü olan bəzi şəxslərin, bəzi beynəlxalq QHT-lərin müraciətlərinin nəzərə alaraq ölkəmizə qarşı siyasi qərar qəbul etdi. Və Azərbaycan özü MHŞT-dən çıxdı. Beləliklə, bu addım Azərbaycanda hər hansı bir koalisiyanın mövcudluğunu da sual altına aldı. Çünki Azərbaycan MHŞT-nin üzvü olan zaman vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən qurum kimi Koalisiyanın iştirakçı tərəflərdən biri olaraq bu fəaliyyətdə iştirak etməsi mümkün idi. Sabahkı Umumi Yığıncaq adı altında bir qrup adamın fəallıq nümayiş etdirməsi onların öz şəxsi maraqlarını təmin etməyə yönəlib. Bu o şəxslərdir ki, vaxtı ilə Azərbaycanın üzvlüyünün dayandırılmasında “fəal” iştirak edib. Bilirsiniz ki, vaxtı ilə Koalisiyanın 143 üzvü olub. Koalisiyanın mütləq əksəriyyəti, 3/4-ü artıq Azərbaycanın bu təşəbbüsdən çıxmasından sonra bu Koalisiyada fəaliyyət göstərmir. MSŞA Koalisiyasının 100-dən çox keçmiş üzvü bu tədbirə qatılmaqdan imtina edib.

İndi bu Koalisiya oyununda iştirak edən şəxslərin sayı bir neçə nəfərdir, onlar siyasi partiyaların nümayəndələridir və qohumlardır. Onlar bura özlərinin sığorta meydançası kimi baxır. Eyni zamanda bu Ümumi Yığıncağın adından beynəlxalq təşkilatlarda təmsil olunmaq imkanlarını artırmağa çalışırlar. Amma bu olmayacaq. Birincisi, keçmiş Koalisiyanın 3/4-ü bu Ümumi Yığıncaqda iştiraka “yox” deyir. Baxmayaraq ki, bu adamlar qapı-qapı düşürlər, zəng edirlər, məktubla müraciət edirlər, amma rədd cavabı alırlar. Nəticədə sabah Ümumi Yığıncaq adı altında keçiriləcək tədbir bir qrupun tədbiri olacaq. Bu daha çox Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR Hərakatının, bir siyasi partiyanın, Milli Şura adlanan qurumun üzvlərinin yığıncağı ola bilər. Bu baxımdan burada Koalisiyanın Ümumi Yığıncağından söhbət gedə bilməz. Bunlar bu tədbiri keçirmək üçün bir sıra donorlara, səfirliklərə də müraciət etmələri ilə bağlı məlumatlar var və böyük əksəriyyətindən rədd cavabı alıblar. Məlumatıma görə, Təbii Resursların İdarə edilməsi İnstitutu (NRG) bu tədbirə dəstək verməkdən imtina edib. Həmçinin, “Ödədiyini açıqla” təşkilatına da (“Publish what you pay”) müraciət ediblər. Onlar diplomatik korpusu ciddi-cəhdlə inandırmağa çalışırlar. Mən də beynəlxalq təşkilatlara üzümü tutub deyirəm ki, bu qeyri-qanuni tədbirdə iştirakdan çəkinsinlər. Çünki bu, vətəndaş cəmiyyətinin yox, müəyyən siyasi qrupların tədbiridir.

Eyni zamanda qeyd etməliyəm ki, Azərbaycan Respublikası Prezidentinin 5 aprel “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə yaradılan Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya belə bir qrupu tanımır və onunla hər hansı bir əməkdaşlıq etmək fikirində olmadığını bəyan edib.

Koalisiya adından bu tədbirin keçirilməsi qeyri-qanunidir. Çünki bu tədbirə vəsaitlərin necə toplanması ilə bağlı heç bir açıqlama verilmir. Eyni zamanda istənilən vətəndaş cəmiyyəti qurumu tədbir keçirərkən mütləq maliyyə mənbəyini açıqlanmalıdır. Bu maliyyə mənbəyinin haradan alınması və bank hesabına mədaxil edilməsi ilə də bağlı məlumat olmalıdır. Bu zaman hesabdan vəsaitin çıxarılması hansısa tədbirin keçirilməsinə yönəldilə bilər. Bununla bağlı da məlumatlar yoxdur. Bu qrantdırsa, ianədirsə qeydiyyatdan keçməlidir. Bununla bağlı müvafiq qurumların məlumatı olmalıdır. Bu da yoxdur.

Digər tərəfdən bu özü də çirkli pulların yuyulmasına yönələn hərəkət kimi də qiymətləndirilə bilər. Tədbirdə kimlərin iştirak edəcəyi barədə məlumatlar heç kimə açıqlanmır. Bu da tədbirin nə dərəcədə qapalı keçirilməsini göstərir. Bu da onu göstərir ki, bu tədbirdə iştirakçılar siyasi qurumlar, ADR Hərəkatının, Milli Şura adlanan qurumun üzvlərindən, onların qohum-əqrəbalarından ibarət olacaq. Bu da kiçik bir qrupdur. Tədbirdə vaxtı ilə koalisiyanın üzvü olmuş 20 nəfər istirak edə bilər. Bütün bunlar göstərir ki, Ümumi Yığıncaq adı ilə keçirilən tədbir qeyri-legitimdir.

– Ölkə prezidenti tərəfindən Hasilat Sənayesində Şəffaflığın Artırlıması ilə bağlı əlavə tədbirlər haqqında 5 aprel tarixli fərman imzalandı. Həmin fərmanda vətəndaş cəmiyyətinin də bütün mərhələlərdə iştirakının təmin olunmasından bəhs edilir. Bəs bu istiqamətdə hansı adımlar atılır?

– Qeyd etməliyəm ki, Perzidentin bu fərmanına uyğun olaraq Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiyasının sədri Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdur. Eyni zamanda bu Komissiyanın tərkibində bir çox nazirliklərdən müavinlər səviyyəsində şəxslər təmsil olunur. Komissiya bir neçə tədbir həyata keçirib. Bu tədbirlərin də vətəndaş cəmiyyətinin bütün üzvləri üçün açıq olduğu bəyan edilmişdi. Bu tədbirlərdə iştirak etmişik. Yeni formalar barədə müzakirələr aparılır. Bu fərmandan irəli gələn vəzifələrin icrası hasilat sənayesində şəffaflığın artırılması istiqamətində fəaliyyətlə bağlı vətəndaş cəmiyyətinin hər hansı bir qurumuna bir monopoliya imkanı verməyəcək. Hamının bərabər təmsilçilik imkanı olacaq. Hesab edirəm ki, bu vətəndaş cəmiyyətinin iştirakçılığını daha da artıracaq.

Şübhəsiz ki, zaman keçdikcə mədən sənayesi şəffaflıq prosesində ixtisaslaşmış QHT-lərin prosesdə daha fəal iştirak etmək imkanları olacaq. Yeri gəlmişkən qeyd edim ki, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının 7 iyunda keçirilən iclasında komissiyanın sədri Şahmar Mövsümov qeyd edib ki, bizim nə beynəlxalq idarə heyəti ilə hər hansı bir əlaqə və vasitəçilərə ehtiyacımız, nə də keçmiş Koalisiya ilə bağlı hər hansı bir fikrimiz var. Biz vətəndaş cəmiyyəti ilə bütövlükdə əlaqələr yaradırıq, ayrı-ayrı qrupların deyil, vətəndaş cəmiyyətinin təmsilçiliyini zəruri hesab edirik. Bu fərmanın imzalanması bir daha onu gostərir ki, Azərbaycan hasilat sənayesində şəffaflığın artırılması ilə bağlı öz prinsiplərinə sadiqdir. Bu istiqamətdə fəaliyyətini genisləndirir.

Qeyd edim ki artıq MHŞT üzrə Beynəlxalq İdarə Heyətində də Azərbaycanla bağlı çıxarılan qərarın yanlış olduğu barədə fikir getdikcə möhkəmlənməkdədir. Hətta Beynəlxalq İdarə Heyətinin özündə də islahatların aparılması yalnız mədən sənayesi şəffaflıq təşəbbüsünün hədləri çərçivəsində həyata keçirilməsi qeyd olunur. Sadəcə olaraq Azərbaycanda bir neçə nəfər var ki, onlar hər zaman ölkənin milli maraqlarına qarşı çıxıblar. Ölkəmizin beynəxlaq təşəbbüslərdə iştirakı onları təmin etmir, çünki onların monopoliyasını aradan qaldırır. Çalışırlar ki, hər yerdə Azərbaycan əleyhinə öz fəaliyyətlərini davam etdirsinlər. MHŞT-yə üzvlüklə bağlı məsələlər müzakirə olunarkən bəziləri hökumətlə sövdələşmələrə getmək istəyirdilər. “Biz bu məsələlərdə o zaman pozitiv fikirlərimizi bildirərək ki, bizimlə hesablaşsınlar. Bizim qiymətimiz, dəyərimiz böyükdür, milyonlarla ölçülür” – kimi fikrilər, şərtlər irəli sürürdülər. Yəni onlar əslində bütövlükdə Azərbaycanın MHŞT-də iştirakını alver predmetinə çevirmək istəyiblər. Azərbaycan haqqında həqiqətlərin diqqətə çatdırılmasını öz təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə şərtləndirirdilər, maddi imkanlarını genişləndirilməsinə çalışırdılar. Ona görə də Azərbaycan hökuməti bu istiqamətdə olan mesajlara çox sərt cavab verdi. Yalnız və yalnız hər şeyin qanun çərçivəsində həll edilməsini və Azərbaycanın qlobal təşəbbüsdə iştirak edib-etməməsindən asılı olmayaraq dövlətin, cəmiyyətin, maraqlarını əsas götürərək MHŞT prinsiplərinə sadiq qaldığını bəyan etdi.

Prezidentin “Hasilat sənayesində şəffaflığın artırlıması ilə bağlı əlavə tədbirlər haqqında” 5 aprel tarixli fərmanı da məhz bu prinsiplərə sadiqliyin göstəricisi kimi də dəyərləndirilməlidir. Bu istiqamətdə də işlər gedir və davam etdiriləcək. O cümlədən Azərbaycan vətəndaş cəmiyyəti də bütövlükdə bu proseslərdə iştirak edir və etməkdə də davam edəcək.

Previous Post

“Onlar həmişə ölkənin maraqlarına qarşı çıxıblar” – Əliməmməd Nuriyev

Next Post

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur

Bənzər yazılar

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. Elchi.az -ın məlumatına görə, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab...

Next Post

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur

Son xəbərlər

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Azərbaycandakı ahılların SAYI

Azərbaycandakı ahılların SAYI

01 Oktyabr 2026 - 13:09
Mask Pentaqonda işləyəcək

Mask Pentaqonda işləyəcək

01 Oktyabr 2026 - 13:00
Bu tarixdən yollarda nəzarət güclənəcək

Bu tarixdən yollarda nəzarət güclənəcək

01 Oktyabr 2026 - 12:53
Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

01 Oktyabr 2026 - 12:46
Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

01 Oktyabr 2026 - 12:37
Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

01 Oktyabr 2026 - 12:28
Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər

01 Oktyabr 2026 - 12:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.