"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Onlar danışdıqca ətrafı üfünət bürüyür”

11 Aprel 2019 - 13:08
in aktual-banner, Banner, Cebhe-banner, SİYASƏT
FacebookVatsap

 

Bunu da oxuyun

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Qüdrət Həsənquliyev: “İnsanlar düşünəndə ki, elementar əxlaqa və mənəvi dəyərlərə sahib olmayan bu qaragüruh hakimiyyətə gələ bilər, onları dəhşət bürüyür”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy, bələdiyyə seçkilərinə hazırlığa başladığınızı bəyan etmisiniz. Seçki ilində müxalifətin mövcud durumunu necə qiymətləndirərdiniz və seçkilərdən gözləntiniz nədir?

– Azərbaycanda müxalifət yekcins deyil. BAXCP və BQP-nin timsalında konstruktiv mövqeyi ilə fərqlənən parlament müxalifəti var, hansı ki, hər il gəlirlərin ədalətli və məqsədəuyğun bölünmədiyi iddiası ilə büdcə qanununun əleyhinə səs verir və hökumət Milli Məclisə hesabat verərkən onun fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. Əlbəttə, parlamentdə ayrı-ayrı məsələlər üzrə ciddi tənqidi çıxışlar edən digər partiyalar da var. Amma azsaylı müxalifət üzvüləri parlament idarəetməsinə cəlb olunmayıb, proseslərə təsir imkanı çox məhduddur.
Parlamentdən kənar müxalifət partiyaları da var ki, “iqtidara qarşı kim daha çox radikallıq edər” yarışına çıxıblar. Fürsət düşdükcə bir-birlərinə qarşı da dişlərini qıcayırlar. Əgər REAL partiya olaraq anlamağa başlayırsa ki, korporativ maraqlar naminə islam dinindən siyasi məqsədləri üçün istifadə etmək istəyənləri legitimləşdirmək istəyən Milli Şura ilə bir yerdə olmaq olmaz, çünki bu xalqımıza qarşı xəyanət olmaqla yanaşı həm də Qərbin dəstəyindən onları mərhum edə bilər, dərhal başlayırlar Cəmil Həsənlini onların üstünə salmağa ki, siz satqınsınız. Vaxtilə mandatına görə AXCP-dən imtina etmiş, deputat olarkən yazdığı əsərlərində mərhum prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirən, övladının xeyir işində hərəkat üzvülərindən daha çox Əli Əhmədov başda olmaqla YAP rəhbərliyi ilə əhatə olunan, hər il digər deputatlarla birlikdə mərhum prezident Heydər Əliyevin fəxri xiyabandakı məzarını ziyarət edib abidəsi önündə baş əyən Cəmil Həsənlinin kimisə hökümətlə bazarlıq etməkdə günahlandırması sadəcə ikrah doğurur. AXH haqqında isə danışmağa dəyməz.
Təlatümlü dəniz dibindəki zir-zibili üzə çıxardığı kimi ictimai həyatın təlatümlü dənizi olan xalq hərəkatı da zamanında səviyyəli vətənpərvər insanlara yanaşı çoxlu yaramazları, siyasi dələduzları üzə çıxardıb. Xalqımız uzun illərdir onlardan qurtula bilmir və əziyyət çəkir. Onlar danışdıqca ətrafı üfünət bürüyür. Abırlı və savadlı insanlar müxalifətə qoşulmağa tərəddüd edir. Bu səviyyəsizlər elə bilirlər söyüş söyməklə ,təhqir etməklə rəqiblərini gözdən salırlar, amma anlamırlar ki, onlar səviyyədə olan 3-5 pozğundan başqa insanlar tüpürür onlara. İqtidardakıların idarəetmədə buraxdıqları bütün səhvlərə baxmayaraq, atalarına min dəfə rəhmət oxuyurlar. İnsanlar düşünəndə ki, elementar əxlaqa və mənəvi dəyərlərə sahib olmayan bu qaragüruh hakimiyyətə gələ bilər, onları dəhşət bürüyür. Bəzi insanlar mənə deyir ki, Qüdrət bəy, bu tərbiyəsizlər “niyə xalq onların çağırışlarına cavab vermir iddiası ilə xalqı təhqir edirlər. Onlar təkcə özlərini yox, bütün müxalifəti gözdən salırlar”. Sosial şəbəkələrdə onların debatlarına bir az qulaq asın və bu ünsürləri xalqımızı təmsl edəcək iqtidar kimi gözünüz önünə gətirin.
Onlar ölkənin siyasi həyatını o qədər korlayıblar ki, insanlar yalnız onların hakimiyyətə gəlməsi barədə düşünəndə dəhşətə gəlmirlər, həm də ona görə dəhşətə gəlirlər ki, birdən İlham Əliyev əlini yelləyib dedi ki, “sağ olun, mən getdim” və o zaman bu ölkə 93-cü ilin Gəncə qiyamı zamanı düşmüş vəziyyətdən də pis günə qalacaq. O halda nə zaman o zaman deyil,nə də ikinci Heydər Əliyev də yoxdur ki, ölkəni dağılmaqdan xilas edə bilsin.
Vaxtilə Azərbaycana 5 milyard dollara başa gələn rus agenti Rüstəm İbrahimbəyovu az qala xalqın vicdanı kimi təqdim etməyə çalışanlar görəsən indi vicdan əzabı çəkirlərmi? Bu “intellekt” sahibləri müxalifəti bu günə salmalıydılar və salıblar da…
Ona görə əgər iqtidar siyasi islahatlar yolu ilə konstruktiv müxalifətin güclənməsinə şərait yaratmasa, qarşıdan gələn seçkilər də ölkəmizdə normal müxalifətin formalaşmasına imkan verməyəcək. Sağlam və güclü müxalifət olmadan isə nə ölkəmizin beynəlxalq nüfuzunu artıra, nə də cəmiyyətin indikindən artıq inkişafına nail olub ölkəmiz qarşısında duran problemləri həll edə biləcəyik. İndiki vəziyyət isə ölkədə siyasi sabitlik üçün həmişə ciddi təhlükə olaraq qalacaq.

Previous Post

“Onlar danışdıqca ətrafı üfünət bürüyür”

Next Post

Şagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Mehriban Əliyeva tapşırıq verib

Bənzər yazılar

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

30 Sentyabr 2026 - 12:27

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün...

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

30 Sentyabr 2026 - 11:04

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb. Elchi.az-ın xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova sessiyanı açıq elan edib....

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

30 Sentyabr 2026 - 09:53

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Elchi.az xəbər verir ki, bu fikir...

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb

30 Sentyabr 2026 - 09:41

Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə...

Next Post
Şagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Mehriban Əliyeva tapşırıq verib

Şagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Mehriban Əliyeva tapşırıq verib

Şagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Mehriban Əliyeva tapşırıq verib

Şagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Mehriban Əliyeva tapşırıq verib

Son xəbərlər

Prokuror olmaq istəyənlərin diqqətinə

Prokuror olmaq istəyənlərin diqqətinə

30 Sentyabr 2026 - 15:08
Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyinə qarşı çıxıb

Aİ Gürcüstanın ATƏT sədrliyinə namizədliyinə qarşı çıxıb

30 Sentyabr 2026 - 15:00
“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

30 Sentyabr 2026 - 14:51
Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

30 Sentyabr 2026 - 14:42
Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

30 Sentyabr 2026 - 14:30
Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

30 Sentyabr 2026 - 14:14
Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07
Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

Makronun reytinqi rekord səviyyədə aşağı düşüb

30 Sentyabr 2026 - 14:00
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

30 Sentyabr 2026 - 13:52
11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

30 Sentyabr 2026 - 13:43
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 13:30
NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

30 Sentyabr 2026 - 13:14
Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

30 Sentyabr 2026 - 13:07
“Rusiya BMT-nin mövcudluğunu qorumaq uğrunda mübarizə aparır” – Zaxarova

“Rusiya BMT-nin mövcudluğunu qorumaq uğrunda mübarizə aparır” – Zaxarova

30 Sentyabr 2026 - 13:00
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

30 Sentyabr 2026 - 12:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.