"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

“Ondan niyə bu qədər adamın həbs edildiyini soruşdum”

25 Sentyabr 2014 - 10:30
in Banner, GÜNDƏM, MÖVQE
FacebookVatsap

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur sentyabrın 21-dən 79933Bakıda səfərdədir. Elchi.az xəbər verir ki, səfərinin nəticəsi haqda Bakıda keçirdiyi mətbuat konfransında o, AzadlıqRadiosunun suallarını da cavablandırıb:

Bunu da oxuyun

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Lavrov: Almaniyanın qərarları əsl müharibənin başlanğıcıdır

Zelenski: Müharibə, çox güman ki, qış aylarında da davam edəcək

– Prezident İlham Əliyevlə siyasi məhbuslar, özəlliklə son həbslər məsələsi müzakirə etdinizmi? Müzakirələrinin nəticəsi varmı? Onların azadlığı gözlənilə bilərmi?

– Əlbəttə, mən prezident İlham Əliyevlə son həbsləri müzakirə etdim. Ondan avqust ayında niyə bu qədər çox adamın həbs edildiyini soruşdum. Cavab belə oldu ki, bu həbslər bir cinayət işi üzrə bir şahidin verdiyi məlumatlar əsasında baş verib. Həmin məlumatlarda söhbət vətənə xəyanətdən gedir. Bu məsələni ədliyyə naziri və baş prokurorla söhbətlərdə də qaldırdım. Mənə bildirildi ki, bu həbslər cinayət-prosessual məcəllənin müddəalarına uyğun aparılıb və hansısa qanun pozuntusuna yol verilməyib.

– İstər son aylar, istər də bundan öncə həbs olunanların azadlığa buraxılması gözlənilə bilərmi?

– Təəssüflər olsun ki, mən o qədər də nikbin deyiləm bu məsələdə.

– Bəs, həbslərin davamı ola bilərmi?

– Mən bu haqda nəsə deyə bilmərəm. Ümid edirəm ki, olmaz. Avropa Şurası ölkədəki siyasi məhbus probleminin həlli üçün nə edə bilər? Bunun hüquqi yolu odur ki, Avropa İnsan Haqları Məhkəməsi bu həbsləri qanunsuz olmasını tanısın. Siyasi yolu isə odur ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrasına parlament nəzarət edilə bilər.

– Sizə deyildiyi kimi, bu həbslər hansısa cinayət işində bir şahidin verdiyi məlumat əsasında aparılıb. Bir az konkretləşdirsək, söhbət hansı məlumatlardan gedir?

– Mən bu sualı cavablandıra bilməyəcəyəm. Ona görə yox ki mən bu suala cavab vermək istəmirəm. Ona görə ki, bu sualın cavabını mən də bilmirəm.

– Azərbaycan may ayından Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayıb. Sədrlik müddətində ölkənin ən tanınmış insan hüquq müdafiəçiləri, hüquqşünasları, jurnalist və fəallar həbs olunub. Azərbaycanın sədrliyi ərəfəsində bu həbslərin olması təsadüfdür, ya zərurət?

– Ümid edirəm ki, bu həbslərin sədrliklə hər hansı əlaqəsi yoxdur. Çünki belə olan halda hakimiyyət tam şəkildə nümayiş edirmiş olardı ki, Avropa Şurasının standartlarına uyğun olmayan addımlar atır. İnanın mənə. Mən keçirdiyim bütün görüşlərdə nəyə görə son aylar bu qədər kütləvi həbslərin olmasını soruşmuşam. Hər dəfə də mənə eyni cavab verilib ki, bir cinayət işində adı keçən şahidin verdiyi məlumat əsasında olub bu həbslər.

– İstintaq altında olanlarla görüş imkanınız yoxdur. Amma onların saxlanma şəraiti, vəziyyətlərini hansısa formada nəzarət imkanı varmı? Məsələn, Leyla Yunusun vəkilləri onun döyülməsi, təcridxanada işgəncələrə məruz qalması ilə bağlı məlumat yayıblar. Onların durumunu necə nəzarətdə saxlayırsınız?

– Avropa Şurasının lazımi saxlanma şəraiti ilə bağlı öhdəliyinə bütün üzv dövlətlər, eləcə də Azərbaycan əməl etməlidir. Avropa Şurasının saxlanma şəraitini yoxlamaq üçün hansısa imkanları var? Bu nəzarəti Avropa Şurasının insan hüquqları üzrə komissarı və işgəncələr əleyhinə komitə həyata keçirir. Mən hakim deyiləm və burada hansısa qərar verə bilmərəm. Amma Leyla Yunusa qarşı həqiqətən belə bir hallar baş veribsə, hakimiyyət bu məsələnin hərtərəfli araşdırılması üçün tədbir görməlidir.

Previous Post

“Ondan niyə bu qədər adamın həbs edildiyini soruşdum”

Next Post

İsrail səfiri “İran” demədi, amma işarə etdi…

Bənzər yazılar

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

07 Sentyabr 2026 - 15:16

Ermənistan hakimiyyəti Xankəndidən İrəvana qaçan və hələ də separatizm fəaliyyətini davam etdirən keçmiş qondarma rejimin “vəzifəli” şəxslərinin həbsinə hazırlaşır. Elchi.az...

Lavrov: Almaniyanın qərarları əsl müharibənin başlanğıcıdır

Lavrov: Almaniyanın qərarları əsl müharibənin başlanğıcıdır

07 Sentyabr 2026 - 11:43

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya münasibətini şərh etdi. Almaniyanın qəbul etdiyi qərarları "əsl müharibənin başlanğıcı" kimi xarakterizə...

Tehrandan Zelenskiyə ittiham: “Ukraynanı İranla müharibəyə cəlb etmək istəyir”

Zelenski: Müharibə, çox güman ki, qış aylarında da davam edəcək

07 Sentyabr 2026 - 10:52

Ukrayna Prezidenti Volodimir Zelenski mövcud vəziyyətin müharibənin qış gəlməzdən əvvəl bitəcəyinə dair gözləntiləri doğrultmadığını bildirərək, "Müharibə, çox güman ki, qış...

Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını müdafiə edir

Tramp: “İran iqtisadiyyatı çökür”

04 Sentyabr 2026 - 10:57

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı açıqlama verdi. Tramp dedi: "Biz hər gecə 30-40 qayıq çıxarırıq və boğazdan...

Next Post

İsrail səfiri "İran" demədi, amma işarə etdi...

İsrail səfiri "İran" demədi, amma işarə etdi...

Son xəbərlər

Azad edilmiş ərazilərdə daha 168 mina, 1390 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 168 mina, 1390 PHS aşkarlanıb

07 Sentyabr 2026 - 16:25
Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib

Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib

07 Sentyabr 2026 - 16:19
Yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

07 Sentyabr 2026 - 16:08
Rusiya Misirdə “F-35″i nümayiş etdirəcək

Rusiya Misirdə “F-35″i nümayiş etdirəcək

07 Sentyabr 2026 - 16:00
Hazırda Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

Hazırda Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

07 Sentyabr 2026 - 15:51
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

07 Sentyabr 2026 - 15:42
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

07 Sentyabr 2026 - 15:30
Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

07 Sentyabr 2026 - 15:16
“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08
“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00
Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

07 Sentyabr 2026 - 14:53
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

07 Sentyabr 2026 - 14:44
Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:30
Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

07 Sentyabr 2026 - 14:14
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.