"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Omicron” təhlükəsi: Mübarizə eyni məsuliyyət və ciddiliklə davam etdirilməlidir

17 Yanvar 2022 - 17:10
in SİYASƏT
FacebookVatsap

Dünyanı bürümüş koronavirus pandemiyasının hələ ki, sonuncu ştamı – “Omicron” dominantlığı ələ alır. Artıq dünya ölkələrində yoluxma sayında “Omicron” ştamı üstünlük təşkil edir.

Bunu da oxuyun

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Məhz “Omicron” ştamı meydana çıxdıqdan sonra dünyada infeksiyaya yoluxanların sayında kəskin artım müşahidə olunmağa başlayıb. Hazırda dünyada 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır, bu rəqəmin böyük hissəsi isə “Omicron”un payına düşür. Son yoluxmalarda “Omicron” ştamının dominantlıq təşkil etdiyi qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı bəyan edir ki, pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesi sürətlənməli, 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizinin peyvənd olunmalıdır. Lakin vaksinasiya prosesinin gedişi, eləcə də “vaksin millətçiliyi” – vaksinlərin dünya ölkələri arasında ədalətli bölüşdürülməməsi bu məqsədə çatmağın qeyri-real olduğunu söyləməyə əsas verir.

Mütəxəssislər hesab edir ki, infeksiyanın yayılmasını şərtləndirən vacib məqam məhz bir çox ölkədə peyvəndlənə prosesinin zəif aparılması, xüsusən də üçüncü – “buster” dozanı vurduranların sayının azlığıdır.

Yaxın həftələrdə dünyada “Omicron”a görə növbəti dalğanın başlanacağı gözlənilir. ÜST mart ayına Avropa əhalisinin yarısından çoxunun “Omicron” ştamına yoluxacağını proqnozlaşdırır.

Ölkələr üzrə statistikaya nəzər saldıqda da son vaxtlar koronavirusun yayılması dinamikasında ciddi artımların qeydə alındığını görmək olar. Ötən həftə Moskvada COVİD-19-a yoluxma sayı iki dəfə artıb. Ümumilikdə Rusiya ərazisində isə əvvəlki həftələrlə müqayisədə yoluxma artımı 30 faiz çoxalıb. Rusiyalı mütəxəssislər də yoluxmanın artmasının əsas səbəbinin “Omicron” ştamı olduğunu bildirir. Rusiyada yoluxma sayının artması artıq ciddi hal alır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin ötən həftə hökumətin yeni yoluxma dalğasına hazırlaşmaq üçün cəmi bir neçə həftə vaxtının qaldığı barədə xəbərdarlıq edib.

Koronavirusa yoluxma vəziyyətinə görə, Avropa da vəziyyət ürəkaçan deyil.

Fransa parlamenti “Omicron” ştamına görə sanitar qaydaların sərtləşdirilməsini, məhdudiyyətlərin artırılmasını nəzərdə tutan qanun qəbul edib. Əhali hər nə qədər buna etiraz etsə də, yeni qaydalar yanvarın 20-dən qüvvəyə minəcək.

Yunanıstan da sanitar qaydaların sərtləşdirilməsi barədə qərarlar verməyə başlayıb. Artıq hökumət 60 yaşdan yuxarı vaksin olunmamış vətəndaşlara aylıq cərimələr tətbiq edib. Bu isə yüz minlərlə insanın cərimə ödəməsi deməkdir.

Avstriya kansleri 18 yaşdan yuxarı bütün vətəndaşlar üçün vaksinasiyanın məcburi olacağını bildirib. İmtina edənləri 600 avrodan 3600 avroya qədər cərimə gözləyir.

Almaniyada isə restoran və barlara giriş şərtləri sərtləşdirilir. Belə ki, vətəndaşlar giriş zamanı tam vaksinasiya və testin neqativ nəticəsini təqdim etməlidirlər. “Buster” doza vurduranlara isə bu tələblər şamil olmur.

İslandiyada artıq COVİD-19-un 5-ci dalğası başlayıb. Bunun əsas səbəbi isə “Omicron”un geniş yayılmasıdır. Bu səbəbdən İslandiyada yeni qadağalar qüvvəyə minir. Ölkədə barlar fevralın 2-dən bağlanacaq, 10 nəfərdən artıq insanın bir yerə toplaşmasına icazə verilməyəcək.

Azərbaycana gəldikdə, dünyanın bir çox ölkəsi, o cümlədən bəzi Qərb dövlətləri ilə müqayisə bizdə koronavirusla bağlı vəziyyət sabitdir. Rəsmi məlumatlara görə, ölkədə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə 10 min çarpayı ayrılıb, hazırda onlardan cəmi 10 faizi doludur

Ümumiyyətlə, pandemiya başlayandan dərhal sonra Azərbaycanda görülən tədbirlər öz bəhrəsini verir. Məhz bunun nəticəsində Azərbaycan COVID-19 pandemiyasından vəfat edən insanların sayının az olduğu ölkələr siyahısındadır.

Real vəziyyət göstərir ki, ölkədə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı mövcuddur, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub.

Statistikadan aydın olur ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir. Yaşı 8-dən yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. “Buster” dozanı vurduranların sayı isə 1,7 milyonu keçir. Odur ki, yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkəsindən fərqli olaraq, pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür.

Bununla belə, ölkədə peyvəndləmə prosesi yenə də yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan “Omicron” ştamı artıq Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruri şərt kimi ortaya çıxır. Hər bir vətəndaş həm fərdi gigiyena (maska, təmizlik, məsafə) qaydalarına riayət etməli, həm də vaksinasiya prosesinə aktiv qoşulmalıdır. İndiyə qədər həyata keçirilmiş tədbirlər nəticəsində pandemiya ilə mübarizədə necə uğur əldə olunubsa, bundan sonra da eyni məsuliyyət və ciddiliklə nailiyyət əldə etmək mümkündür.

Previous Post

“Omicron” təhlükəsi: Mübarizə eyni məsuliyyət və ciddiliklə davam etdirilməlidir

Next Post

Tokayev “Baykonur”dakı xüsusi nümayəndəsini vəzifəsindən azad edib

Bənzər yazılar

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28

Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma...

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Elchi.az...

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. Elchi.az xəbər verir ki,...

Next Post
Tokayev Almatıya getdi – Video

Tokayev “Baykonur”dakı xüsusi nümayəndəsini vəzifəsindən azad edib

Tokayev Almatıya getdi – Video

Tokayev “Baykonur”dakı xüsusi nümayəndəsini vəzifəsindən azad edib

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.