Törətdiyi avtomobil qəzası ilə bir nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Abbasov Əsgər İbrahim oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əsgər Abbasov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətinə verilmə həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib
Qeyd edək ki, Əsgər Abbasov Cinayət Məcəlləsinin 263-cü (ölümlə nəticələn qəza törətmək) maddəsi ilə təqsirli bilinir.(Musavat.com )