"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

`Ölkədə un qıtlığı yoxdur` – Taxıl Fondu

13 Yanvar 2016 - 18:26
in SOSİAL
FacebookVatsap

Elchi.az Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədovun `APA`ya müsahibəsini təqdim edir:

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

 

– Hazırda Fondun ehtiyatları nə qədərdir?

– Dövlət ərzaqlıq buğda ehtiyatları məqsədilə “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli qərarına dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş həcmdə, yəni 750 min ton Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə qəbul edilmiş keyfiyyət göstəricilərinə uyğun yüksək keyfiyyətli ərzaqlıq buğda tədarük edilir.

Bu günə kimi malgöndərənlər 360 min tona yaxın yüksək keyfiyyətli ərzaqlıq buğdanı ünvanımıza yola salıb və buğda yerli elevatorlarda yerləşdirilib.

– Tez-tez belə fikirlərlə rastlaşırıq ki, Fondun ehtiyatları əsasən idxala bağlıdır. Buna münasibətiniz necədir?

– Fond hər il dövlət ərzaqlıq buğda ehtiyatlarının yaradılması sahəsində dövlət tapşırığını yerinə yetirir. Bununla bağlı, ilk növbədə hər il respublikada taxıl biçini mövsümünə start verilən kimi, bütün kütləvi informasiya vasitələrində Dövlət Taxıl Fonduna Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə qəbul edilmiş keyfiyyət göstəricilərinə uyğun yüksək keyfiyyətli ərzaqlıq buğda tədarük edilməsi ilə bağlı elan verilir. Yerli buğda istehsalçılarından bu həcmdə buğda tədarük etmək mümkün olmadıqda təbii olaraq, fondun ehtiyatları idxal hesabına formalaşdırılır.

Fonda ancaq Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə qəbul edilmiş keyfiyyət göstəricilərinə uyğun yüksək keyfiyyətli ərzaqlıq buğda tədarük edilir. Buğda yüklü vaqonlar elevatorlara daxil olan kimi, nümunələr götürülür, elevatorların laboratoriyalarında analizlər aparılır. Aparılmış analizlərin nəticələrinə əsasən buğdanın saxlanca qəbul edilib-edilməməsi barədə qərar çıxarılır. Müqavilədə göstərilən və təsdiq edilmiş keyfiyyət göstəricilərinə uyğun gəlməyən mal müəyyən edildiyi halda malgöndərən tərəf məlumatlandırılmaqla həmin maldan imtina edilir.

– Manatın ikinci dəfə devalvasiyaya uğramasından sonra fond bazara müdaxilə etsə idi, devalvasiyadan öncəki qiymətləri qorumaq olardımı?

– Əvvəlcə onu qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti buğda idxal edilən ölkələrdəki qiymətdən kifayət qədər ucuzdur. Əgər yadınızdadırsa, manatın birinci dəfə devalvasiyaya uğramasından sonra, yəni 2015-ci ilin fevral ayının 21-dən sonra ölkədə çörəyin qiymətinin sabit saxlanılmasına nail olundu. Fonddan taxılın istifadəsi qəbul edilmiş qanunvericiliyə müvafiq olaraq, fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir. İdxal yolu ilə tədarük edilmiş buğdanın qiymətində manatın məzənnəsi nəzərə alınmaqla artımın olması istisna edilmir. Lakin, aparılmış hesablamalar göstərir ki, mövcud məzənnə ilə bir kisə əla növ 50 kiloqramlıq unun 26 manata satıldığı halda çörəyin qiymətində kəskin artım gözlənilmir. Fondun bazara müdaxiləsinin nəticəsidir ki, manatın məzənnəsi təxminən 50% devalvasiyaya uğramasına baxmayaraq çörəyin qiyməti bu qədər bahalaşmayıb.

– Fondun ehtiyatları ilə fors-major situasiyada vəziyyətdən çıxmaq mümkündürmü?

– Əvvəla, hazırda ölkədə un və un məhsulları qıtlığı yoxdur. Fondun ehtiyatları isə elə formalaşdırılıb ki, bütün fors-major hallarında ölkədə mövcud olan bütün un fabriklərini yüksək keyfiyyətli ərzaqlıq buğda ilə təmin etmək mümkün olur. Yəni, dövlət ehtiyatlarında azalma olarsa, qabaqlayıcı tədbirlər həyata keçirməklə operativ şəkildə istifadəyə buraxılmış buğda yenisi ilə əvəzlənir.

Previous Post

`Ölkədə un qıtlığı yoxdur` – Taxıl Fondu

Next Post

Türkiyədə növbəti terror: Ölən və yaralılar var

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Next Post

Türkiyədə növbəti terror: Ölən və yaralılar var

Türkiyədə növbəti terror: Ölən və yaralılar var

Son xəbərlər

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.