Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına son sutkada 4 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 573 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 964 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 752, bu günə qədər isə ümumilikdə 7 345 149 test icra olunub.
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...





















Son şərhlər