"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Ölkəmizin adı Obamanın “qara siyahısı”nda?..

30 Sentyabr 2014 - 09:54
in Banner, SİYASƏT
FacebookVatsap

Qərb-Rusiya savaşında Azərbaycanın “üçüncü yolu”; ABŞ jurnalından rəsmi Bakının xarici siyasətinə dair img1644558ilginc iddia; “Foreign Affairs”: “Stavka onadır ki, seçim etmək məcburiyyəti qalmasın…”, Amerika prezidentinin Azərbaycanın adını Rusiyadan savayı hansı ölkələrin yanında çəkdiyinə bir daha diqqət edək – Venesuela, Çin…

Bunu da oxuyun

Latviya Rusiyaya etiraz notası təqdim edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

“ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını Rusiyadan savayı hansı ölkələrin yanında çəkdiyinə bir daha diqqət edək. Venesuela, Çin…Hər iki ölkə Rusiyaya açıq dəstək verir”

Azərbaycan hakimiyyətinin Moskva ilə son günlər daha da isinişən əlaqələri fonunda Qərb paytaxtları rəsmi Bakı ilə  münasibətlərində sərt bəyanatlar tonunu seçib. Qərb Azərbaycanın da Rusiyaya qarşı sanksiyalara qoşulmasında israr etmir; amma aydın şəkildə münasibətlərin bu dərəcədə yaxınlaşmasından da məmnun olmadığını göstərir.
Söhbət əlbəttə ki, Rusiyaya göndərilən alma-armud, pomidor-xiyar  məsələsindən getmir. Qərb sanksiyalarla Rusiyanı yetərincə silkələyib. Neftin ucuzlaşması ölkəyə əlavə problemlər yaradıb, Dünya Bankı şimal qonşumuzda ilin sonunadək inflyasiyanın 8 faiz həddində olacağını proqnozlaşdırıb. Rublun ABŞ dollarına nisbətdə məzənnəsi 18 faizə qədər ucuzlaşıb. Ölkənin büdcəsini dolduran nəhəng şirkətlərin xaricə çıxışları bağlanıb və sair… Kreml də yalnız Asiya və postsovet ölkələrinin köməyi ilə bu böhrandan qurtula bilməyəcəyinin fərqindədir.
Ukrayna böhranından sonra dünyanın qlobal siyasətinə qütbləşmə, “soyuq müharibə” yenidən qayıdıb. Bu savaşda Azərbaycanın  “yaralı ayıya”, yoxsa “dikbaş Qərbə” dəstək verəcəyi bəlkə də “savaş meydanına” ciddi təsir də etmir.  Fəqət, indi Qərb də, Rusiya da özü üçün “qara siyahı” tutub. Dostlar və düşmənləri oraya yazırlar. Azərbaycanın Rusiya kimi qəvi qonşusu və Qarabağ kimi problemi olmasaydı, bu davada heç tərəf seçməyə də bilərdi; ya da üzünü birmənalı olaraq neftini axıtdığı Qərbə sarı tutardı. ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını Rusiyadan savayı hansı ölkələrin yanında çəkdiyinə bir daha diqqət edək. Venesuela, Çin…Hər iki ölkə Rusiyaya açıq dəstək verir.
 Azərbaycanın Obamanın “qara siyahısı”na düşməsinin əsas səbəbi də bu mövqedir. Əgər QHT-lərə təzyiq və son həbslər olmasaydı, başqa bir bəhanə tapılacaqdı. Təəssüf ki, iqtidarımız da bu bəhanələri indi siyasətlərini mikroskopla izləyən Qərbə istifadə üçün verir. Bəlkə də bilərəkdən. İndilikdə “bilərəkdənin” arxasında gizlənə biləcək məntiqi və ya səbəbi tapmaq çətindir.
ABŞ-ın Xarici Əlaqələr Şurasının (Council of Foreign Relations) “Foreign Affairs” jurnalı bu mövzuda sensasion sayıla biləcək iddia ilə çıxış edib. Karnegi Fondunun proqram direktoru Tomas de Vallın Azərbaycanın xarici siyasət seçiminə dair məqaləsindən virtualorg.az saytı bəzi sitatlar verib.
“Azərbaycan qərbyönümlü olmaq istəmir. Bakının Böyük Strategiyası haqda ritorika və reallıqlar” başlıqlı məqalədə Tomas de Vall yazır: “Ukrayna böhranı digər postsovet ölkələrini də amansız xarici siyasət seçimi qarşısında qoydu. ”Foreign Affairs” jurnalında bugünlərdə dərc edilmiş məqaləsində London Universitet Kollecinin professoru Ceyms Yan şübhəli əsaslara dayanan təxribatçı arqument irəli sürüb.  Yan iddia edir ki, Azərbaycan seçim qarşısında qalıb. “Ya Qərbdən dəstək almaq üçün liberal islahatlar aparmalı, eyni zamanda Rusiya və İranla oynamalı, ya da riskə gedərək tamamilə Qərbi seçməlidir” deyə, o yazıb. Müəllifə görə, bu analiz ondan irəli gəlir ki, Bakı həqiqətən Qərbin liberal ideyalarına sadiqdir.
 Həqiqət isə tamam ayrıdır: Azərbaycan enerji sərvətlərindən istifadə edərək möhkəmlənib və indi özünü o qədər güclü hiss edir ki, üçüncü yolu seçir. O, Rusiyanın avtoritar modelini qəbul edir, eyni zamanda özünü Qərbin energetika və təhlükəsizlik məsələlərində “strateji tərəfdaşı” kimi təqdim edir. Stavka onadır ki, Rusiya və Qərb arasında seçim etmək məcburiyyəti qalmasın, Azərbaycan hər iki yolu istifadə edə bilsin. Ölkə elitası ümid edir ki, Birləşmiş Ştatlar və Avropa ilə tranzaksion münasibətlər onlara öz sərvətlərini artırmağa, eyni zamanda Azərbaycandakı oliqarxik siyasi sistemi təhdid altında qoymamağa imkan yaradacaq”.
Tomas de Vall hesab edir ki, bu plan hazırda sınaq dövründədir. “Qərb liderləri buna daha çox diqqət yetirməli və özlərinə sual verməlidir ki, Azərbaycanın yeritdiyi indiki sərt xətt onun özü və ətrafı üçün nə deməkdir”, –  deyə ekspert vurğulayır.
Polşada fəaliyyət göstərən Şərq Araşdırmaları Mərkəzi də  Azərbaycan hakimiyyətinin Qərblə və Rusiya ilə münasibətlərinə dair təhlil hazırlayıb. Təhlildə deyilir ki, Azərbaycan hakimiyyətinin son dövrlərdə apardığı daxili siyasət bu ölkəni Avropadan xeyli uzaqlaşdırıb. “Hakimiyyətin apardığı repressiya siyasəti Qərbin, o cümlədən Avropanın üstünlük verdiyi demokratik dəyərlərə ciddi zərbədir. Hakimiyyət müxalif qüvvələri xeyli mənada sıradan çıxarmaqla özü ilə cəmiyyət arasında bağın qırılmasına səbəb olub. Belə siyasət ölkədə ciddi siyasi və sosial gərginlik, proqnozlaşdırılması çətin olan vəziyyətin yaranması ilə nəticələnə bilər. Azərbaycan hakimiyyətinin repressiya siyasəti onu Qərbdən uzaqlaşdırıb, Rusiyaya yaxınlaşdırıb.
Bu isə regionda Qərbin mövqeyinin zəifləməsinə, Rusiyanın isə güclənməsinə gətirib çıxarır”, – deyə, hesabatda bildirilir.
Azərbaycanın mövqeyi bu “savaş meydanında” qüvvələr nisbətini ciddi dəyişmir və dəyişməyəcək də. Amma yanğında hətta quşun dimdiyində gətirdiyi suyun da qiyməti var… Azərbaycanın “üçüncü yol” dedikləri rəsmi Bakının xarici siyasət kursunda yenilik deyil. Qərb və Rusiya arasında savaş gedərkən Azərbaycanın özünü oda atması-bu və ya digər tərəfə xüsusi dəstək verməsi əlbəttə ki, ziyanlı siyasət olardı.
Amma Rusiyaya sıcaq münasibət, Qərbə isə sərt üzünü göstərmək də perspektivli siyasət hesab oluna bilməz. Bəzi mətbuat orqanlarında Rusiyaya yaxınlaşmağın, Qərbin buradakı “adamlarının” (oxu; maraqlarının) isə həbsxanaya göndərilməsinin hakimiyyət daxilində narazılıq yaratdığı barədə  iddialar var. Məlumatlara görə, Azərbaycana ard-arda gələn emissarlar hakimiyyəti  Rusiyaya investisiya qoymağa, mədəni şəkildə pul istəyirlər. Ekspertlər bu addımın indiki məqamda riskli olduğunu deyirlər.
Azərbaycanın daxili siyasətini də yaxından təqib edən Tomas de Vallın məqaləsində xüsusi vurğuladığı bir məqam da var: yaranmış vəziyyətdən oliqarxların narahatlığı. Politoloq “üçüncü yolun” onların “öz sərvətlərini artırmağa, eyni zamanda oliqarxik siyasi sistemi təhdid altında qoymamağa imkan yaradacağı” qənaətindədir. Amma hələ ki Qərb Bakıda sıxışdırılır, Rusiyaya isə hətta Jirinovski səviyyəsində geniş meydan verilir. Hələ ki…

 

Previous Post

Ölkəmizin adı Obamanın “qara siyahısı”nda?..

Next Post

“Hərbi təlimlərin uzadılmasının bir səbəbi var”

Bənzər yazılar

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. Elchi.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14

22-23 iyul tarixlərində Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq...

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Elchi.az qəbul cədvəlini təqdim edir: Qəbulu aparan...

Next Post

“Hərbi təlimlərin uzadılmasının bir səbəbi var”

“Hərbi təlimlərin uzadılmasının bir səbəbi var”

Son xəbərlər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

25 İyul 2026 - 16:38
Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

25 İyul 2026 - 16:24
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

25 İyul 2026 - 15:56
İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

25 İyul 2026 - 15:41
İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

25 İyul 2026 - 15:13
Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

25 İyul 2026 - 14:52
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

25 İyul 2026 - 14:49
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.