Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 080 nəfər müalicə olunaraq sağalıb, hazırda 427 aktiv xəstə var. Bu günə qədər 10 064 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 114, bu günə qədər isə ümumilikdə 7 466 384 test icra olunub.
Azərbaycanda su qıtlığı problemi… – BCG
Azərbacan hökuməti su qıtlığı probleminin həllinə ardıcıl olaraq sərmayə qoyur, onun həlli ölkənin əsas məqsəd və prioritetlərindən biridir. Elchi.az xəbər...