Elchi.az xəbər verir ki, vəba epidemiyası ilə mübarizə aparan Zambiyada oktyabr ayından bu yana 7500-dən çox vəba hadisəsi aşkar edilərkən, son 24 saatda ən az 500 vəba hadisəsi qeydə alınıb və 17 nəfər həyatını itirib.
Oktyabr ayından bəri vəbanın 10 ştatdan 8-də yayıldığı ölkədə 7500-dən çox vəba hadisəsi aşkar edilib. Səhiyyə Nazirliyi ölkədə son 24 saat ərzində ən azı 500 vəbaya yoluxduğunu və 17 ölüm faktının qeydə alındığını qeyd edib. Bildirilib ki, vəba epidemiyası səbəbindən bağlanan məktəblərin açılışı təxirə salınıb.
O, Ümumdünya Səhiyyə Təşkilatının epidemiya ilə mübarizə üçün 1 milyon vəba peyvəndi göndərəcəyini açıqlayıb.
Şayəstə Hüseynova