Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 823 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 154 nəfər müalicə olunaraq sağalıb, hazırda 313 aktiv xəstə var. Bu günə qədər 9 951 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 957, bu günə qədər isə ümumilikdə 7 327 421 test icra olunub.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Direktorlar Şurasının iclası keçirilib. Cəmiyyətin mətbuat xidmətindən Elchi.az-a bildirilib ki, AQC sədri Vüqar Oruc ötən dövr...