Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 986 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1020, bu günə qədər isə ümumilikdə 7 milyon 320 min 320 test icra olunub.
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sabah arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az - a bildirilib. Ayrı-ayrı yerlərdə...





















Son şərhlər