Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 815 523 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 256 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 442 aktiv xəstə var. Bu günə qədər 9 825 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 503, bu günə qədər isə ümumilikdə 7 170 036 test icra olunub.
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib – FOTO
Noyabrın 20-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib....





















Son şərhlər