İndiyədək ölkə ərazisində 113.935 ədəd yeni nəsil kassa aparatı quraşdırılıb.
Elchi.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilir.
Bildirilir ki, yeni nəsil kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2026-cı ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.





















