Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal neft hasilatı oktyabr ayında əvvəlki ayla müqayisədə 410 min barel artaraq gündəlik 101 milyon 660 min barrelə çatıb.
Elchi.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr ayı “Neft Bazarı Hesabatı”na görə, OPEC-in xam neft hasilatı oktyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 30 min barrel azalaraq 29 milyon 800 min barrelə düşüb.
Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 390 min barel olaraq qeyd edildi. Belə ki, OPEK-in ötən ay ümumi neft hasilatı gündəlik 35 milyon 190 min barel olub.
OPEC üzvü olmayan ölkələrin gündəlik neft hasilatı isə əvvəlki ayla müqayisədə gündəlik təxminən 430 min barel artaraq 66 milyon 470 min barrelə çatıb.
Buna görə qlobal neft hasilatı oktyabr ayında gündəlik 410 min barel artaraq 101 milyon 660 min barrelə çatıb.
Şayəstə