Öcalandan gecə yarısı məktubu

🗓 10.10.2014 13:33 ✍️ "Elçi" qəzeti
Öcalandan gecə yarısı məktubu
1Dünən gecə PKK terror təşkilatının lideri Abdullah Öcalan HDP-çilərə öz əl yazısıyla yazılmış məktub yollayıb.
Avropa.info-nun məlumatına görə, Öcalan bir səhifəlik məktubunda Kobaninin provakasyonlara alət edildiyinə işarə edib.
Bu saatlarda isə baş nazirin müavini Yalçın Akdoğan HDP heyətini qəbul edib.  HDP funksioneri Pervin Buldan baş verənlərlə bağlı bunları deyib:
"Ümid edirəm ki, bu cür  hallar bir daha baş verməz. Çox gərgin və çətin üç gün keçirdik. Ümid edirəm ki, problem ağılılla həllini tapacaq".

Bənzər yazılar