Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ-ın Meksikaya səyahət xəbərdarlığı barədə danışıb. Obrador ölkəsinin ABŞ-dan daha təhlükəsiz olduğunu deyib.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Meksika ABŞ-dan daha təhlükəsizdir və Meksikada təhlükəsiz səyahət etmək yaxşıdır”,-deyə Obrador qeyd edib.
Xatırlada ki, ötən həftə 4 amerikalı Meksika sərhədini keçdikdən qısa müddət sonra qaçırılıb. Bu şəxslərdən 2-si öldürülüb, 2-si isə sağ buraxılıb.
Hadisələrdən sonra ABŞ rəsmiləri Meksikaya səyahət xəbərdarlığı edib.
Yeganə