ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə müsəlmanlara bayram təbriki mesajı
ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-da, eləcə də dünyanın dörd bir tərəfində müsəlmanların Ramazan bayramını qeyd etdiyini vurğulayan ABŞ prezidenti Barak Obama, özü və xanımı Mişel Obama adından ən xoş diləklərini çatdırıb.
O, təbrik mesajında bunları qeyd edib:
“Ramazan ayı – oruc, ruhun təmizlənməsi və yoxsullara kömək zamanıdır. Bu ayda insanlıq olaraq bizi birləşdirən dəyərlər xatırlanır.
Ramazan bayramı, bizə ABŞ-da yaşayan müsəlman amerikalılarının saysız uğurlarını və cəmiyyətimizdəki rollarını xatırladır. Bu səbəblə də həm burada, həm də dünyanın harasında olursa olsun, insanların sakit və sülh şəraitində yaşamağı üçün atdıqları addımları dəstəkləyirik.
Hökumətim adından ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların Ramazan bayramını təbrik edir, dinc və xoşbəxtlik içində yaşamalarını arzu edirik.”
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az -ın məlumatına görə, hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun...



















Son şərhlər