Obama Netanyahu ilə danışdı

🗓 14.08.2014 08:01 ✍️ "Elçi" qəzeti

ABŞ prezidenti İsrailin baş naziri ilə danışıb.img1618365


ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub. 

Ağ Evin verdiyi açıqlamada bildirilir ki, Obama Netanyahu ilə danışığında, bölgədə sabitliyin yaradılması üçün davam edə biləcək atəşkəs razılığına gəlinməsindən söz açıb. 

ABŞ prezidenti, Misirin də bu işdə böyük rolu olduğunu və ölkəsinin də dəstəyini əsigəmədiyini bildirib. Obama həmçinin, İsrail-Həmas rəsmilərinin münaqişə üçün uzunmüddətli həll yolu tapmasının, əhalinin təhlükəsizliyi və yaşanılan böhranın aradan qaldırılması baxımından vacibliyini vurğulayıb.

Qeyd edək ki, tərəflər yenidən 72 saatlıq atəşkəs razılığı əldə ediblər.

Bənzər yazılar