Obama Ərdoğanın andiçmə mərasiminə gəlmədi
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimində Amerika Birləşmiş
Ştatlarını təmsil edəcək şəxsin adı açıqlanıb. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə ABŞ-ı ölkənin Ankaradakı səfirliyinin məsləhətçisi Cess Baili təmsil edəcək.

R.T.Ərdoğanın andiçmə mərasimi sabah keçiriləcək.