Malayziyanın baş naziri Ənvər İbrahim bildirib ki, ABŞ Asiya-Sakit okean regionunda Çinlə əməkdaşlığı inkişaf etdirməyə təşviq edilməlidir . Ənvər İbrahim Avstraliya Milli Universitetindəki çıxışında Çinlə “empatiya”ya çağırıb.
Elchi.az bu barədə “Anadolu” Agentliyinə istinadən xəbər verir.
Qərbin Cənubi Çin dənizində nüfuzunu artıran Çinə qarşı həddən artıq barışıqlı olması ilə bağlı tənqidlərini rədd edən Ənvər bölgədə nüfuz qazanmaq üçün Çinə qarşı ABŞ- ın rəhbərlik etdiyi Qərbin tərəfində olmamalı olduğunu qeyd edib.
Ənvər çıxışında “Mən inanıram ki, Malayziya və Avstraliya ABŞ, Çin və Asiya-Sakit Okeandakı digər böyük oyunçuları regional əməkdaşlığın və iqtisadi əməkdaşlığın inkişafına kömək edəcək şəkildə hərəkət etməyə təşviq etmək üçün əllərindən gələni etməyə borcludurlar”-deyib.
Nuranə Məmmədova