"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ÖNƏMLİ

O TORPAQLARA QAYIDACAĞIQ…

12 Mart 2015 - 21:29
in ÖNƏMLİ, SEÇMƏ
FacebookVatsap

 

Bunu da oxuyun

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Azərbaycanda keçən ilin oktyabrından indiyədək 27 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

11043073_332367613618635_5451933638812302374_n(Tərtərdəki “N” Hərbi Hissənin 23 illiyi böyük təntənə ilə qeyd olundu)
Həyatda hər kəsin öz ömür yolu var. Bəli, bu, həqiqətən belədir. Hər bir insan ömür boyu elə yaşamalıdır ki, onun keçdiyi həyat yolu başqalarına nümunə olsun. İnsan yaşadığı həyat boyu xeyirxahlıq etməlidir, köməyə ehtiyacı olanlara kömək etməlidir, yaxşı əməllərə sahib olmalıdır. Ən başlıcası isə, hər bir insanın ürəyində VƏTƏN SEVGİsi, VƏTƏN MƏHƏBBƏTi olmalıdır! Səmavi kitabda belə bir fikir var.
VƏTƏNİ SEVMƏK İMANDANDIR !!!
Allahıma şükranlıq edirəm ki, Vətənimə böyük sevgim və məhəbbətim var. Allah ANA VƏTƏNimə olan bu sevgini ürəyimdən zərrə qədər də olsa, azaltmasın. Bu dünyada atamı və anamı itirmişəm, onlar HAQQ dünyasına köçüblər. Amma mənim VƏTƏN adlı ANAm var! VƏTƏNim mənim ANAmdı!
Azərbaycanın hər bir qarış torpağı mənə çox əziz və çox doğmadı. Şair-jurnalist kimi çalışıram ki, cəbhə bölgələrinə tez-tez səfər edim, ANA Vətənimizi mənfur yağılardan qoruyan Azərbaycan əsgərlərinin ziyarətində olum. Elə bu məqsədlə də növbəti dəfə cəbhə bölgəsinə səfər etdim. Bu səfərim isə düşmənlə təmas xəttində olan Tərtərə oldu.
Qeyd edim ki, Tərtər səfərimdən öncə cənnət QARABAĞın bir parçası olan Ağdama səfər etmişdim. Fevralın 26-dan martın 2-dək Ağdamda səfərdə oldum. Martın 2-si səhər saat 9-da üzü paytaxta doğru yol alan əyləşdiyim avtobus günorta saat 3-də Bakıya çatmışdı.
Nəhayət, 2015 ci il, martın 3-də “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin icraçı direktoru, “Tərəqqi” medalının mükafatçısı, Qarabağ Müharibəsi veteranı Şamil Sabiroğlu, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred Asif) Məhərrəmov adına İnkişaf Fondunun sədri, Qarabağ Qazisi Ədalət Məhərrəmov, “20 Yanvar” Cəmiyyətinin sədr müavini, istefada olan hərbi qulluqçu Mustafa Əliyev (Qaramanlı), “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, Şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Xocalı 2 №li Məcburi Köçkün tam orta məktəbinin direktoru, Şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, QafqazPRESS.az İnformasiya Agentliyinin rəhbəri, Qafqaztv.az Xəbər Saytının rəhbəri, “Azərbaycan uğrunda” qəzetinin baş redaktoru, şair-publisist Xatirə Əziz (Rəhimli), Azərbaycan Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, “Fakt-info.az” Xəbər Saytının rəhbəri Əkrəm Bəydəmirli, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin şöbə müdiri,şairə Dilbər Sultan, “Bakunews” İnternet televiziyasının baş redaktoru Vüsalə Nəciyeva, həmin tv-nin foto-müxbiri İlham Rəsulzadə və saz ifaçısı Azər Mustafayev (Göyçəli) Tərtərdəki “N” hərbi hissənin yaradılmasının 23-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək üçün Tərtərə yola düşdük. Əyləşdiyimiz avtobus səhər saat 6-da Bakıdan birbaşa Tərtərə yol aldı. Cəbhə bölgəsinə olan bir səfərimiz də beləcə xoş niyyətlə reallaşdı.
Yol boyu ayrı-ayrı sahələrlə bağlı bir çox məsələlər haqda söhbət etdik, bu məsələlərə hər bir kəs öz fikrini bildirdi. Söhbətimizin əsasını isə vətənpərvərlik mövzusu əhatə etdi. Mustafa Qaramanlı və mən-Xatirə Rəhimli sazın müşayəti ilə vətənpərvərlik mövzusunda bir neçə şeir söylədik. Eləcə də Azər Göyçəlinin ifasında yol boyunca gözəl saz havalarına da qulaq asdıq.
Beləcə, xoş əhval-ruhiyyə ilə saat 11-də Tərtərə çatdıq. Səhər saatlarında keçirilməsi nəzərdə tutulan tədbir-görüş elə həmin vaxtda öz işinə başladı. Öncə .Azərbaycanın Himni səsləndi. Polkovnik-leytenant Ruslan Ağasiyev “N” hərbi hissəsinin yaranma günü münasibəti ilə zabit və əsgər heyəti qarşısında təbrik nitqi söyləyərək görüşü açıq elan etdi.
Əvvəlcə, vətənimizin və torpaqlarımızın naminə canını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. R. Ağasiyev Komandanlığın təbrikini şəxsi heyətə çatdırdı, həmçinin zabit və əsgərləri bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara bu şərəfli işdə can sağlığı və uzun ömür arzuladı. Sonra isə çıxış üçün sözü zabit Həbib Məmmədova verdi.
H. Məmmədov “N” hərbi hissənin yaradılmasının 23 illiyilə bağlı Yuxarı Komandanlığın bayram təbrikini zabit və əsgər heyətinə çatdırdı. Onu da söylədi ki, Azərbaycan Ordusunun əsgərləri hər zaman olduğu kimi Vətənə layiqli xidmət etməlidirlər. Polkovnik Məmmədov çıxışının sonunda bu əlamətdar günlə bağlı zabit və əsgərləri təbrik etdi. Daha sonra çıxış üçün söz Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verildi.
M.Məmmədov çıxışının əvvəlində hərbi hissənin zabit və əsgərlərini salamladı və onlara öz ürək sözlərini çatdıraraq dedi: “Ölkəmizə bir neçə gündən sonra qədəm qoyacaq Bahar Bayramı münasibətilə bu hərbi hissənin zabit və əsgərlərini təbrik edirəm, onlara möhkəm can sağlığı arzulayıram. Azərbaycan bir neçə ildir ki, müharibə şəraitində yaşayır. Son illər Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə inkişaf edir. Azərbaycan əsgərləri ANA Vətənimizi düşməndən gecə-gündüz böyük şərəflə və böyük fəxrlə qoruyurlar. Bu yolda zabit və əsgərlərə uğur diləyirəm. Yolunuz hər zaman açıq olsun. Torpaqlarımızın 20 faizindən çoxu işğal altındadı. Azərbaycanın güclü və qüdrətli Milli Ordusu zəbt olunmuş torpaqlarımızı mənfur düşməndən azad etməyə qadirdi. Tərtər rayon İcra Hakimiyyətinin rəhbərliyi mütamadi olaraq bu rayonda olan hərbi hissələrin məsul şəxsləri ilə əlaqə saxlayır. Bu, həmişə belə davam edəcək. İnanırıq ki, qəsb olunan torpaqlarımız yağı düşməndən tezliklə azad ediləcək”. M.Məmmədov bununla da çıxışını sona çatdırdı.
Qarabağ Qazisi Nizami Heydərov da çıxış edərək bu hərbi hissənin yaradılması münasibətilə zabit və əsgərləri səmimi qəlbdən təbrik etdi. Əsarətdə olan torpqlarımızın tez bir vaxtda düşmən işğalından azad ediləcəyini söylədi N. Heydərov qeyd etdi ki, Azərbaycanın güclü və qüdrətli Milli Ordusu bu QƏLƏBƏni qazanacaq! Həmçinin vurğuladı ki, Azərbaycanın Milli Ordusu nankor düşmənin üzərində tezliklə ZƏFƏR çalacaq və QƏLƏBƏ bizimlə olacaq!
Qarabağ Müharibəsi veteranı Şamil Sabiroğlu hərbi hissənin şəxsi heyəti qarşısında bir qədər geniş və məzmunlu çıxış etdi. “Əziz zabit və əsgərlər! Azərbaycan xalqı sizinlə qürur duyur. Xalqımız əmindir ki, dədə-baba torpaqlarımızın düşmən tapdağından azad edilməsində son sözü Silahlı Qüvvələrimizin Ali Baş Komandanı və Azərbaycan Ordusu deyəcək”. Ş.Sabiroğlu onu da qeyd etdi ki, “General – polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Müdafiə naziri təyin edildikdən sonra bu sahədə çox böyük işlər görülüb. Azərbaycan Silahlı qüvvələrinin büdcəsi Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur”. Eləcə də Ş.Sabiroğlu 1992-1993 cü illərdə Tərtər – Ağdərə istiqamətində çox ağır döyüşlər aparıldığı zaman bu hərbi hissənin yaradıldığını əsgərlərin nəzərinə çatdırdı.
Sonra isə Qarabağ Qazisi Ədalət Məhərrəmov zabit və əsgərlərin qarşısında çıxış etdi. Ə.Məhərrəmov bu əlamətdar gün münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik etdi. Onlara can sağlığı, mənalı ömür və əzmkarlıq arzuladı. Onu da dedi ki, “O gün olsun, bu bayram əhval-ruhiyyəli nitqi Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən işğal edilmiş dədə-baba torpaqlarımız işğaldan azad edildkdən sonra Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə söyləyim”.
Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova da çıxış edərək bu əlamətdar günlə əlaqədar zabit və əsgərləri təbrik etdi. F. Rüstəmova qardaşının keçdiyi şərəfli döyüş yolndan danışdı. F. Rüstəmova çıxışının sonunda zabit və əsgərləri bu gözəl gün münasibətilə təbrik etdi, onlara öz ürək sözlərini söylədi.
Naibə Behbudova qardaşı, Milli Qəhrəman Səfiyar Behbudovun 1991-1992 ci illərdə könüllü olaraq Tərtər-Ağdərə- Ağdam bölgələrində erməni terrorçularına qarşı döyüşərdə iştirak etdiyini fəxrlə söylədi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra “N” hərbi hissəsində
ədəbi-bədii gecə keçirildi. Tərtər rayon Uşaq Musiqi Məktəbinin kollektivinin üzvləri və aşıq Azər Göyçəli maraqlı və ədəbi-bədii kompozisiya ilə hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdilər.
Şairə Dilbər Sultan və Xatirə Rəhimli zabit və əsgər heyəti qarşısında vətənpərvərlik ruhunda qələmə aldığımız şeirləri söylədilər.
Mustafa Qaramanlı, Əkrəm Bəydəmirli, Xatirə Rəhimli, Dilbər Sultan və Vüsalə Nəciyeva cəbhə bölgəsində olan “N” hərbi hissəsinin ad gününü cəsur, qorxmaz, eləcə də Mübariz ruhlu zabit və əsgərlərlə birgə qeyd etdikləri üçün çox böyük qürur hissi keçirtdiklərini söylədilər.
Görüşün sonunda qonaqlar və “Yeni Yurd” İctimai Birliyinin sədri Hacı xanım Mahirə Əsədovanın adından əsgərlərə hədiyyələr təqdim olundu.
Ədəbi-bədii gecəyə yekun vurulduqdan sonra əsgərlərlə xatirə şəkilləri çəkildi.
“N” hərbi hissəsinin yaradılması ilə əlaqədar keçirilən bu görüşü Ş.Sabiroğlu vətənpərvərlik mömzusunda yazdığı bir şeirlə yekunlaşdırdı.
Beləliklə, düşmənlə təmas xəttində olan Tərtərdəki “N” hərbi hissənin 23 illiyi böyük coşqu və təntənə ilə qed olundu. Cəbhə bölgəsində torpaqlarımızı yağı düşməndən gecə-gündüz göz bəbəyi kimi qoruyan igid və qəhrəman əsgərlərimizlə bir görüşümüz də beləcə xoş ovqatla başa çatdı.
P.S. Çox gözəl əhval-ruhiyyə ilə cəbhə bölgəsindən Bakıya yollandıq. Əyləşdiyimiz avtobus saat 16:00-da Tərtərdən Bakıya doğru yola düşdü. Elə o andaca ürəyimdən çox gözəl fikirlər keçdi…
Kaş elə bir gün gələydi ki, işğaldakı bağrı qan olan torpaqlarımızda keçirəydik bu gözəl bayramları. Uca Tanrım, kaş ki bu, həqiqət olaydı. Yaxın vaxtda əsarətdəki torpaqlarımız, kəndlərimiz, ellərimiz, obalarımız düşmən əsarətindən qurtula biləydi.
Xocalı, Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və düşmən tapdağında inildəyən el-obalarımız namərd düşmənin tapdağndan azad olunaydı. Bizlər də bu xoş günü görə biləydik.
İnanırıq ki, odlar yurdu Azərbaycanın güclü və qüdrətli Ordusu bu möhtəşəm QƏLƏBƏni əldə edəcək! Bu böyük qələbəni Şuşada keçirmək arzusu ilə sizlərdən ayrılıram hörmətli oxucular. O GÜN çox uzaqda deyil…
Xatirə Rəhimli,
Şair-publisist

Previous Post

Azərbaycan cəmiyyətinin qorxu mənbəyi: Rusiya…

Next Post

İsmayıllıda jurnalistin məhkəməsi üzrə hazırlıq iclası olub

Bənzər yazılar

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

04 Fevral 2026 - 21:58

Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...

Azərbaycanda keçən ilin oktyabrından indiyədək 27 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

Azərbaycanda keçən ilin oktyabrından indiyədək 27 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

28 Yanvar 2026 - 22:22

Azərbaycanda oktyabrın 8-dən yanvarın 28-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 27 min 271 nəfər qrip əleyhinə peyvənd olunub. Bu...

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

28 Yanvar 2026 - 20:26

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirin müavini – xarici işlər naziri Mühəmməd İshaq Dar telefon danışığı zamanı iqtisadi...

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

27 Yanvar 2026 - 20:45

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması təmin olunacaq. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi...

Next Post

İsmayıllıda jurnalistin məhkəməsi üzrə hazırlıq iclası olub

İsmayıllıda jurnalistin məhkəməsi üzrə hazırlıq iclası olub

Son xəbərlər

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 - 00:00
NASA nüvə qurğulu aparat yaradıb Marsa göndərmək üçün 2,1 milyard dollar ayıracaq

NASA nüvə qurğulu aparat yaradıb Marsa göndərmək üçün 2,1 milyard dollar ayıracaq

21 İyul 2026 - 23:36
İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

21 İyul 2026 - 23:34
Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

21 İyul 2026 - 23:32
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb

Gürcüstanda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb

21 İyul 2026 - 23:31
Qayanada gəmi qəzasında boğulan 41 nəfərin meyiti tapılıb

Qayanada gəmi qəzasında boğulan 41 nəfərin meyiti tapılıb

21 İyul 2026 - 23:27
Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

21 İyul 2026 - 20:59
Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

21 İyul 2026 - 20:57
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

21 İyul 2026 - 20:55
Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

21 İyul 2026 - 20:53
“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

21 İyul 2026 - 20:51
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

21 İyul 2026 - 20:49
Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

21 İyul 2026 - 20:46
Bakıda daha bir küçə təmirə bağlanır

Bakıda daha bir küçə təmirə bağlanır

21 İyul 2026 - 19:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.