Terrorçu liderin yeni fotosu yayıldı
Dünyanın ən qəddar terror təşkilatlarından olan İŞİD-ın lideri olan Əl Bağdadinin yeni fotosu yayılıb.
ANS PRESS-in məlumatına görə, Bağdadiyə aid olduğu iddia edilən foto ABŞ-ın “CBS News” kanalında nümayiş edilib.
Fotonun Bağdadi 2004-cü ildə İraqdakı Amerikan hərbi hissəsində tutulan zaman çəkildiyi bildirilib.
Burada Bağdadi Bukka düşərgəsindəki başqa məhbuslar kimi sarı geyimdədir.
Qeyd edək ki, dünyanı dəhşətə salan İŞİD terror təşkilatının lideri olan Bağdadinin cəmi bir necə fotosu yayılıb. Onun əməliyyatlarda həlak olması barədə məlumatlar yayaılsa da, bu xəbərlər hər dəfə təkzib edilib.
ANS PRESS